Saçları hər gün yumaqla bağlı mütəxəssis fikirləri

Saçları hər gün yumaqla bağlı mütəxəssis fikirləri
Saç və Dəri baxımı
10.09.2017 25
Bir marketə daxil olduğunuz zaman hər büdcəyə uyğun fərqli
xüsusiyyətlərdə şampunlar tapmaq mümkündür. Xüsusilə 80-ci illərdən
sonra sürətlə artan istehlak dəliliyindən, reklamların və fərqli
mütəxəssislərin məsləhətlərindən də təsirlənərək "sağlam saçlara sahib
olmaq üçün şampun" istifadəsinin çox artdığı bir dövrə qədəm qoyduq.
Modern cəmiyyətlərdə iş həyatı az qalsın saçların hər gün yuyulmasını da
gərəkli hala gətirdi.



Bütün bunların əksinə bir tərəfdən
də təbii olana yönəlməyə çalışdıq. Kosmetikanın bədənimizə zərər verəcək
kimyəvi maddələrlə zəngin olması, hər gün çimməyin dünyada su israfı
yaratdığı kimi bir çox fikirlər ortaya atıldı. Bir digər dəbdə olan
mövzu isə saçları hər gün şampunla yumağın doğru olub olmamasıdır.
Bununla əlaqəli olaraq şampunsuz saç necə təmizlənir sualı da gündəmə
gəldi. Beləliklə də "quru şampunlar” yarandı.

Bəs bu iddiaların qaynağı nədir? Saçları hər gün yumaq olarmı?

Saçların
hər gün yuyulması mövzusunda mütəxəssis fikirləri müxtəliflik göstərir.
Birinci qrup saçların hər gün yuyulmasının doğru olmadığını deyir və
bunun səbəbini kimyəvi maddələrin saçlar üçün çox faydalı hesab olunan
maddələri yox etdiyini, baş dərisini qurudaraq dəri həssaslığı və kəpək
problemi yaratdığını bildirir. Saçları günaşırı, hətta 2 gündə bir
yumağın doğru olduğunu bildirən mütəxəssislər sadəcə çox nəmli bir
iqlimdə yaşayırsınızsa və çox incə saçlarınız varsa saçlarınızı hər gün
yuya biləcəyinizi deyirlər.

İkinci qrup mütəxəssislər isə saçın mütləq hər gün yuyulmalı olduğunu deyirlər. Onların fikrincə sağlam saç
dərisi ilə sağlam saç kökləri bir-biri ilə əlaqəlidir. Bu qrupdan olan
mütəxəssislərin fikrincə saçların daha tez uzanması üçün saçları yumaq
çox önəmlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!