Sızanaq izləri üçün effektiv maskalar

Sızanaq izləri üçün effektiv maskalar
Saç və Dəri baxımı
10.09.2017 30
İnsan fiziologiyasından asılı olaraq bədəndaxili və ya bədənxarici
səbəblərlə dərinizdə bəzi problemlər yarana bilər. Bunlardan biri dəri
üzərində çıxan sızanaqlardır.
Bir xəbərdarlıq mexanizmi şəklində işləyən dərimiz sızanaqları da bəzi
hallar üçün xəbərdarlıq şəklində xarici dünyaya göstərə bilər. Bu
xəbərdarlıqlardan ən yaxşı məlum olanı yeniyetməlik dövrünü ifadə
edənlərdir. Yeniyetməlik dövrü insanların uşaqlıqdan gəncliyə keçid
dövrüdür. Bu dövrdə fiziki və ruhi baxımdan insan çox dəyişikliklər
keçirməkdədir.

 

Yeniyetməlik
dövründə valideynlərə də vacib vəzifələr düşməkdədir. Çünki
sızanaqların böyük bir hissəsi stress və yaşanan psixoloji qarışıqlıqdan
yaranmaqdadır.

Sızanaq
müalicəsində isə ilk prioritet hər zaman ruh halını sakitləşdirməkdir.
Davamında isə müalicə məqsədi ilə həkim məsləhəti ilə birlikdə bitki
mənşəli və təbii polimerlər bu müddətdə ən böyük dəstəkçiləriniz
olacaqdır.

Sızanaqların yaratdığı ən böyük
problem isə ləkələrdir. Ləkələri aradan qaldırmaq üçün bir çox metodlar
olsa da, evdə tətbiq edilən metodlar arasında olan təbii metodlardan
istifadə etmək daha məqsədə uyğundur.

 

Soda ilə sızanaq izlərindən qurtulun.

Bir nəlbəkiyə qoyacağınız 1 çay
qaşığı soda ilə 2 çay qaşığı suyu qarışdıraraq xəmir halına gətirin.
Sonra üzünüzə masaj edərək tətbiq edin və 5 dəqiqə gözləyin. Daha sonra
ilıq su ilə yaxşıca təmizləyin. Sızanaqların üzərinə vurmayın. Çünki
soda sızanaqların yayılmasına səbəb ola bilər.



Quru dərilər üçün müalicəvi bal

Sızanaq izlərindən qurtulmaq
istəyirsiniz, ancaq dəriniz quru olduğu üçün bir çox üsul sizin üçün
problem yaradırsa, bu üsulu sınaya bilərsiniz. Bal bilindiyi kimi
antibakterial xüsusiyyətlərə malik olduğundan və nəmləndiricilik
qabiliyyəti olduğundan quru dərilərdə istifadə edilə bilər. Bununla
yanaşı parlaq görünməsini də təmin edə biləcək müalicəvi xüsusiyyətə
malikdir.

Təbii bal süzülərək əvvəlcə ilıq su
ilə yuyulmuş üzə masaj hərəkətləri ilə incə bir təbəqə halında çəkilir
və 5 dəqiqə gözlədikdən sonra bol ilıq su ilə yuyulur. Eyni zamanda bal
dərinizdəki qırmızı ləkələrin də yoxa çıxmasına kömək edəcəkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!