Yağlı dərilər üçün 4 təbii maska

Yağlı dərilər üçün 4 təbii maska
Saç və Dəri baxımı
10.09.2017 14
Dərinizdə yaranan yağlanmanı sabit saxlamaq üz gözəllliyi üçün vacibdir.
Həddən artıq yağlanma üzünüzdə sızanaq, civzə və qara nöqtələr yaradır.
Evdə təbii üsullarla hazırlanan maskalarla bu problemlərin qarşısını
ala bilərsiniz. Maskaları həftədə 1 dəfədən artıq istifadə etməyin.
Qeyd: Yağlı dərilər üçün istifadə olunan təbii maskalar dərinizdə
allergiya yarada bilər. Maskanı üzünüzə tətbiq etməzdən əvvəl əl
biləyinizə biraz sürtərək yoxlaya bilərsiniz. Əgər qızartılar yaranırsa,
üzünüzə çəkməyin.



1. Ərik maskası

Ərik üz dərinizin yağlanmasını sabitləməyə kömək edir. Qatıq
sayəsində üzünüz nəmlənir. Qatıq və ərik eyni vaxtda istifadə olunursa,
sızanaq qızartıları üçün faydalıdır.

· 1 ərik

· 1 xörək qaşığı yağsız qatıq

· 1 çay qaşığı yaşıl gil

Əriyi blenderdən keçirin, sonra qatıq ilə gili üzərinə əlavə edin.
Əgər bu qarışıq çox qatı alındısa, üzərinə çox az su əlavə edin. Göz
ətrafına yaxınlaşdırmamaq şərti ilə üzünüzə çəkin və 15 dəqiqə sonra
üzünüzü yuyun.

 

2. Banan maskası

Banan maskası üzünüzü nəmləndirəcək və sızanaqlara qarşı qoruyacaq. Bu, yağlı dərilər üçün effektiv maskadır.

· Yarım banan

· 2-3 damcı nanə yağı

· 1 çay qaşığı yaşıl gil

· 1 xörək qaşığı yağsız qatıq

Bananı həm blenderlə, həm də qaşıq vasitəsi ilə əzə bilərsiniz. Qeyd
olunan bütün komponentləri qarışdırdıqdan sonra üzünüzə çəkin. 10-15
dəqiqə üzünüzdə saxladıqdan sonra üzünüzü yuyun.

 

3. Çiyələk maskası

Çiyələyin tərkibindəki təbii turşular, yağlı dərilər üçün təsirli maska olacaq. Qatıq da yağlı dərilər üçün təsirli vasitədir.

· 4-5 ədəd çiyələk

· 1 xörək qaşığı qatıq

Çiyələyi blenderdən keçirdikdən sonra qatığı üzərinə əlavə edin.
Qarışığı üzünüzə çəkdikdən 10-15 dəqiqə sonra üzünüzü təmizləyin.

 

4. Sarıkök maskası

Tərkibində sarıkök olan bu maska yağlı dərilər üçün tövsiyə edilən
maskalardan biridir. Mövzunun əvvəlindəki qeydi unutmayın. Sarıkök
dərinizdə allergiya yarada bilər. Ona görə də biləyinizdə test etməyi
unutmayın.

· 1 çay qaşığı sarıkök

· 1 çay qaşığı bal

· 1 çay qaşığı yağsız qatıq

· 3 damcı limon suyu

Bütün komponentləri yaxşı qarışdırdıqdan sonra üzünüzə çəkin və 10
dəqiqə saxladıqdan sonra üzünüzü yuyun. Limon allergiya yaradırsa,
maskaya limon əlavə etməyə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!