Saçların elektriklənməsi

Saçların elektriklənməsi
Saç və Dəri baxımı
10.09.2017 21
Saçların elektriklənməsi ilə bir çox insanlar üzləşir. Xüsusilə bu soyuq fəsillərdə tez-tez baş verir.

Bunun
səbəbi istilənmə sistemlərinin təsirindən saçların həddindən artıq
quruması, sintetik papaqların taxılması, saçlara düzgün olmayan qulluq
ola bilər.

Saçların elektriklənməsi ilə mübarizə aparmaq üçün bizim məsləhətlərimizdən faydalana bilərsiniz:

- Evdə istilənmə sistemi işləyirsə, evin havasını daim nəmləndirin. Bu saçların və dərinin qurumasına mane olacaq.

- Plastik və metal daraqlardan istifadə etməyin, taxta və ya keramik örtüyü olan daraqdan istifadə edin.

-
Saçlarınızı yuduqdan sonra mineral su, sirkə (1/2 l suya 2 xörək qaşığı
sirkə) və ya limon şirəsi (1/2 l su + 1 limonun şirəsi) əlavə olunmuş
su ilə yaxalayın.

-
Fendən daha az istifadə edin. Çox isti hava saçları həddindən artıq
qurudur ki, nəticədə bu saçların elektrikləməsinə səbəb olur.

- Bir çox müasir fenlərdə ionlaşma funksiyası var. Bu funksiyanın köməyi ilə saçlar itaətli olur, eliktriklənmə xeyli azalır.

- Gün ərzində saçlarınıza mineral su çiləyin. Bunun üçün kiçik pulverizator istifadə edə bilərsiniz.

-
Saçınız çox qurudursa, onlara zeytun, gənəgərçək, ayıpəncəsi yağı ilə
maskalar edin. Təxminən 3 xörək qaşığı yağ su hamamında qızdırılır və
ilıq halda saçlara çəkilir. Saçınızı plyonka, sonra isə dəsmalla bürüyün
və 30 dəqiqədən sonra yaxşı yuyun.

-
Soyuq fəsillərdə insanlar daha az su içir. Bu isə saçların və dərinin
vəziyyətinə mənfi təsir edir. Gün ərzində 1,5 l-dən az olmayaraq təmiz
su için.

- Təbii parçalardan (yun, pambıq) olan paltarlara (xüsusilə papaqlara) üstünlük verin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!