Tüklərin dəriyə batmasının qarşısını alın!

Tüklərin dəriyə batmasının qarşısını alın!
Saç və Dəri baxımı
10.09.2017 7
Bir
çox insan bədənin müxtəlif hissələrindəki tüklərin dəriyə batmasından
şikayətçidir. Xüsusilə də, qadınlar ayaqlarda tük batması ilə tez-tez
üzləşirlər.

 

Dərini nəmlə təmin edin!

 

Tük
batmasının qısa müddətdə aradan qalxması üçün dərini nəmləndirmək
lazımdır. Gecə yatmazdan öncə mütləq bədənin bütün hissələrinə krem
çəkin.

 

Çay ağacı yağı

Bu
yağ tük batmasından qaynaqlanan şiş və qızartıları azaldır. Həmçinin,
dərini yumşaldaraq tükün batdığı yerdən çıxmasına yardım edir. Pambığa
bir neçə damcı çay ağacı yağı töküb tükün batdığı nahiyəyə çəkərək masaj
edin.

Çay ağacı yağına bir az aleo-vera şirəsi əlavə etməklə onun təsirini artırmaq olar.

 

Tüklərin dəriyə batmaması üçün vannanı su ilə doldurun və içərisinə 20 damcı çay ağacı yağı tökün. Bu suda 15 dəqiqə uzanın.

 

Gigiyena qaydaları

Tük
batması, adətən, arzuolunmaz tükləri təmizlədikdən sonra baş verir. Bu
da gigiyena qaydalarına əməl etməməklə əlaqədardır. Tükləri ülgüclə
təmizləyirsinizsə, bir dəfə üçün nəzərdə tutulan ülgücdən istifadə edin.
Onu əvvəlcə spirtli məhlula salmaq, daha sonra su ilə yaxalayıb,
istifadə etmək məsləhətdir.

 

Ölü hüceyrələri təmizləyin!

Tük
batmasının müşahidə edildiyi nahiyələri zeytun yağı və şəkər tozundan
ibarət skrabla masaj edin. Bu ölü hüceyrələrin təmizlənməsinə və dərinin
daha tez sağalmasına kömək edəcək.

 

Rahat geyimlər

Dar, dərini sıxan geyimlər tük batmasına səbəb olur. Bədənə yapışmayan, rahat geyimlərə üstünlük verin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!