Sızanaq ləkələrini yox edən təbii üsullar

Sızanaq ləkələrini yox edən təbii üsullar
Saç və Dəri baxımı
10.09.2017 10
Sızanaq ləkələri bəzən aylarla, hətta illərlə getmir.



Alma sirkəsi

Alma
sirkəsi dəri üçün lazımlı olan bütün vitaminləri (A, C, E, P, B2)
ehtiva edir. Bu səbəbdən, dərinin özünü bərpa etməsi üçün gün ərzində ən
azı iki dəfə alma sirkəsi ilə üzü təmizləmək lazımdır. Bunun üçün 1
xörək qaşığı alma sirkəsi ilə 1 xörək qaşığı suyu qarışdırın. Daha sonra
pambığın köməkliyilə bu qarışığı üzə çəkin. Yarım saat keçdikdən sonra
üzünüzü yuyun və dəri tipinizə uyğun krem çəkin.



Bal

Bal
dərini nəmləndirir, ləkələri yox edir. Balın təbii və keyfiyyətli
olması mühümdür. Bir ay müddətində balı üz və boyun bölgəsinə çəkib, 20
dəqiqə saxlamaq, daha sonra ilıq su ilə təmizləmək kifayət edəcək.



Qoz yarpağı

Bir
ovuc qoz yarpağını 1 stəkan suda qaynadıb, daha sonra 2-3 dəqiqə
dəmləyin. Çayı süzün. Pambıq vasitəsilə bu çayı üz və boyun dərisinə
çəkin. Yarım saat saxladıqdan sonra dərini soyuq su ilə təmizləyin.



Cəfəri

Bir
litr suyu qaynadın. Bir dəstə cəfərini bu suya töküb dəmləyin. Cəfərini
əzib üzünüzə çəkin. İyirmi dəqiqə gözlədikdən sonra üzünüzü
qaynatdığınız su ilə yuyun.



Kahı

Kahı
da dəri üçün faydalıdır. İyirmi beş qram kahını 3 stəkan suda qaynadın.
Suyunu süzün. Səhər və axşam olmaqla, gündə iki dəfə bu su ilə üz
dərinizi silin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!