Kəpəyə qarşı mübarizə

Kəpəyə qarşı mübarizə
Saç və Dəri baxımı
10.09.2017 8
Dünyada hər üç qadından biri kəpəkdən əziyyət çəkir.

Başda daimi yaşayan göbələk münbit şəraitə düşdükdə sürətlə artmağa başlayır və bu da kəpəyin yaranmasına gətirib çıxarır.

Münbit şərait dedikdə stress halları, müxtəlif pəhrizlər, xəstəlik və s. başa düşülür.

Bir sözlə, orqanizmdə immunitetin zəifləməsi başda kəpəyin çoxalmasına səbəb olur.

Bəzi hallarda kəpək orqanizmdə yetərincə su olmadıqda əmələ gəlir.

Bu zaman sadəcə gündə 1,5-2 litr su içməklə kəpəyin əmələ gəlməsinin qarşısını almaq olar. 

Kəpəkdən xilas olmaq üçün yalnız kəpəyə qarşı şampun kifayət etmir.

Hər şeydən əvvəl yemək rasionunuza diqqət yetirməlisiniz.

Qızardılmış, duzlu, şirin yeməkləri azaltmalı, tərkibində B vitamini olan ərzaqlardan gündəlik menyunuzda istifadə etməlisiniz.

Bu ərzaqlara banan, ciyər, qoz, kök və s. aiddir.

Əgər kəpək həddən artıq çoxdursa, kosmetoloqa müraciət edin.

O, sizə saçınıza uyğun hazırlanmış xüsusi şampunlar təklif edə bilər.

Bundan əlavə, xalq təbabətinin köməyindən də istifadə edə bilərsiniz:

1. 50 q soğan qabığını 1 litr qaynar suda 20-30 dəqiqə müddətində dəmləyib saçlarınızı yuduqdan sonra yaxalayın.

Amma nəzərdə saxlayın ki, açıqrəngli sacların rəngi dəyişə bilər. 

2. 1:1 nisbətində spirt və su qatışığına aloye şirəsi əlavə edin, başınızın dərisinə sürtün. 

3. 100 q gicitkəni 100 q suda dəmləyin, saçlarınızı yuduqdan sonra
yaxalayın.4. 2 çay qaşığı çobanyastığını 1 litr suda 5 dəqiqə qaynadın.
Həftədə 2-3 dəfə bu məhlulla saçlarınızı yuyun.

Müalicə kursu 10-15 dəfədən ibarətdir.

2-3 həftədən sonra təkrar edə bilərsiniz.

Bibəriyə, lavanda, kəklikotu:



Bu bitkilərin antiseptik təsiri bugün də bilindiyindən kəpəklənmə və saç
tökülmələrinə qarşı rahatlıqla istifadə oluna bilər. Bu bitkilərdən
(sadəcə birindən istifadə olunmalıdır) seçdiyiniz biri saç diblərində
istifadə olunur: 1 ölçü quru bitkiyə 2 ölçü su qoyulur, 10 dəqiqə
qaynadılır, ağzı bağlanır, soyuyana qədər gözlənilir. Süzüldükdən sonra
tünd rəngli su əldə edilir.



Bu suyun miqdarı ölçülür, eyni miqdarda zeytun yağı əlavə edilir və
geniş bir qəhvədan ilə vam odda üstü açıq olaraq qaynadılır, su
azaldıqda ocağın altı bağlanılır. 1 saat gözlədikdən sonra üstdəki yağ
ayrı bir qaba tökülür, altdakı su qətiyyən yağla qarışmamalıdır. Su
qismini qarışdırmamaq üçün bir miqdar sulu yağı buraxın. Bu yağı
pozulmadan o dəqiqə istifadə edin. Süzdüyünüz yağı uyğun bir zamanda saç
diblərinə sürtüb 2 saat başınızda saxlayınскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!