Dərinin məsaməli olmaması üçün bunları edin

Dərinin məsaməli olmaması üçün bunları edin
Saç və Dəri baxımı
10.09.2017 8
Qadınlarda
dərinin məsaməli olması bir problemə çevirilib. Bu əsasən düzgün
qidalanmamaqdan, stressdən, keyfiyyətsiz kosmetikadan, genetik
nəticələrdən irəli gəlir. Əsasən dəridə 35 yaşdan sonra özünü biruzə
verir. Dərinin məsaməli olmasını aradan qaldırmaq üçün sizə bir neçə
resept araşdırılıb. Onları sizə təqdim edirik:

1.
½ x.q kalendula və çobanyastığı qarışığı 30-40 dəqiqə dəmlənilir. Sonra
islanmış cuna ilə dəriyə kompress edilir. Bu dəmləmə dərini canlandırır
və dartır.

2. 1x.q yuxarıdakı dəmləmə, 1 yumurta ağı və bir neçə damcı limon suyu qarışdırılır 15-20 dəqiqə üzə yaxılır.

3.
Çobanyastığı, dazı otu, kalendula dəmlənilir və buz halına salınıb hər
gün üz silinir. Bu dəmləmə dərinin iltihablanmasının qarşısını alır və
dərini parlaqlaşdırır.

4.
1x.q gil, su smetan, 1ç.q limon suyu. Qarışdırılır qalın lay dəriyə
yaxılır və quruyana kimi gözlənilir. İlıq su ilə yuyulur. Maska çox
gözəl təmizləyici və məsamələrin açılmasına kömək edir.

5.
1x.q jelatin, 2x.q süd qarışığı 5 dəqiqə isti yerdə saxlanılır.
Saçlara, qaşlara, gözlərə dəymədən dəriyə yaxılır. Quruyanda bir anda
dəridən soyulub çıxarılır.

6.
Hər gün dəriyə 20 dəqiqəlik qatıq yaxılır. Bu dərini məsamələri açır,
ağardır, təmizləyir və dərini dartır. 1 həftə etdikdə effekti
görəcəksiniz.

7.
Bal ən gözəl dərirnin məsamələrini açmağa kömək edən vasitədir. 2ç.q
bal, limon suyu qarışdırılır və dəri massaj edilir. Əlavə olaraq 10
dəqiqə də saxlanılır.

8.
Yulaf yarması ya unu 2x.q, 1 yumurta ağı qarışdırılır. 20 dəqiqə üzdə
saxlanılır. İlıq su ilə yuyulur və dəmləmələrlə isladılmış pambıqla dəri
silinir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!