Bu sadə üsullarla saçqırandan birdəfəlik xilas olacaqsınız

Bu sadə üsullarla saçqırandan birdəfəlik xilas olacaqsınız
Saç və Dəri baxımı
10.09.2017 8
Amerikan
armudu və zeytun yağı: Zeytun yağı ən effektli saç uzadan və
saçqıranları aradan qaldıran yağdır. Təbii zeytun yağı ilə
hazırlayacağınız bu maska saçları tez zamanda gücləndirir və
gözəlləşdirir. Amerikan armudunun yarısını və iki çay qaşığı zeytun
yağını bir qaba tökün. Onları krem halına gələnə qədər yaxşıca
qarışdırın. Saçlarınızı yuduqdan  sonra bu maskası saça çəkib 10 dəqiqə
gözləyin. Başınızı isti dəsmalla bağlayın. Daha sonra saçınızı ilıq su
ilə yaxalayın.



Hindqozu
yağı: Kosmetik məhsullarda ən çox üstünlük verilən yağdır. Hindqozu
yağı saç baxımında olduqca yaxşı nəticələr verir. Saç kontekstində ən
yaxşı vəzifəsi saçqıranları qısa müddətdə yox etməsidir. Hindqozu yağını
olduğu kimi saf halı ilə saç uclarına sürtün və bir müddət saxladıqdan
sonra yaxalayın.



Çobanyastığı
və qatıq ilə saç baxımı: 2-3 ədəd çobanyastığı tumunun qabığını
çıxarın, qalan qisimləri blenderdə püre halına gətirin. İçinə 2 qəhvə
fincanı qatıq əlavə edin və qarışdırın. Saç uclarına və saç diblərinə bu
maskanı yayın. 30 dəqiqə gözləyib ilıq su ilə yaxalayın.



Süd,
şəkər, yumurta və zeytun yağı ilə saç maskası: Bu maskanın
saçqıranların qarşısını almaqda olduqca təsirli olduğu söylənilir. İki
ədəd yumurtanın sarısını, 1 çay qaşığı şəkər tozunu, 2 xörək qaşığı
zeytun yağını və yarım stəkan südü krem halına gələnə qədər qarışdırın.
Saçlarda 10-15 dəqiqə saxladıqdan sonra yuya bilərsiniz.



Jojoba
yağı: Bu yağı gecələr yatmazdan əvvəl saçların qırıq hissələrinə sürtün
və bu yatın. Bu yağ həm saçların parıldamasına gətirib çıxaracaq, həm
də saçqıranları aradan qaldıracaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!