Göz ətrafındakı qara dairələrlə mübarizə üsulları

Göz ətrafındakı qara dairələrlə mübarizə üsulları
Saç və Dəri baxımı
10.09.2017 7
Göz
ətrafı qara halqalar əsasən, genetik amillərdən qaynaqlanır. Yəni bu,
sizin günahınız deyil. Amma göz ətrafı dərinin vəziyyətini
yaxşılaşdırmaq öz əlinizdədir.



Qadinlar. biz xəbər verir ki, Los-Ancelesdəki Cənubi Kaliforniya Keck
Tibb Məktəbində dermatoloq və professor Cessika Vu göz ətrafında qara
dairələrə səbəb olan vərdişləri sadalayıb.



Göz ətrafında qara halqaların yaranmağını istəmirsinizsə, bunlara diqqət etməlisiniz.



Günəşdən qoruyucu kremə biganəlik

Olduqca nazik alt və üst göz qapaqları günəşin təsirinə çox tez məruz
qalır. Bundan başqa, günəşdən qoruyucu məhsula qarşı da həssasdırlar.
C.Vu göz ətrafı dəri üçün axıcı və yapışqan olmayan məhsulları təklif
edir.



Makiyaj təmizləyici məhsullar

Əəgər göz makiyajını silmək üçün istifadə etdiyiniz losyon dərini
qıcıqlandırırsa, üstəlik, göz ətrafı dərini basaraq silirsinizsə,
kapilyarLara zərər verirsiniz. Vu göz makiyajını asanlıqla təmizləyəcək
məhsullara üstünlük verməyi təklif edir.



İsti su

Vu bildirib ki, bir çox insan üzünü isti su ilə yuyur. Lakin bu,
düzgün deyil. İsti su göz ətrafı şişkinliyə və göz ətrafı dərinin daha
da qaralmasına yol açır. Bu səbəbdən, dermatoloq isti su əvəzinə, ilıq,
hətta mümkünsə, soyuq su istifadə etməyi tövsiyə edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!