Saçların karyeradakı rolundan xəbəriniz var?

Saçların karyeradakı rolundan xəbəriniz var?
Saç və Dəri baxımı
10.09.2017 17
Saç rənginin və düzümlərinin karyerada uğur qazanmağa təsir göstərdiyini bilirdinizmi?

 

Mütəxəssislər
imici formalaşdıran ən böyük ünsürün saç olduğunu iddia edir. Bu
səbəbdən, doğru saç forması ilə karyerada asanlıqla yüksəlmək mümkündür.

 

Dünyaca məşhur ulduzların saç ustası Eşli Havyer karyera qurmaq üçün ən ideal saç stillərini belə sıralayır:

 

1. Qızılı saçlar

Məşhur
moda mütəxəssisi, küçə dəbinin kraliçası Teylor Tomasi Hill qazandığı
uğurlara məhz alovu xatırladan, qızılı saçları sayəsində qovuşub. Teylor
saçlarını bu rəngə boyadıqdan sonra karyerasında sürətlə yüksəldiyini
özü də etiraf edir.

 

2. Kare saç

"Vogue”
jurnalının əfsanəvi rəhbəri Anna Vintur illərdir ki, eyni saç stilindən
istifadə edir. Onun qısa, kare saçları bir çox xanımın məhz belə saç
düzümünə müraciət etməsinə səbəb olub. Anna Vintur özünə yaraşan saç
stilini tapıb, ondan daim istifadə etməyin həm karyeraya, həm də şəxsi
həyata yaxşı təsir etdiyini deyir.

 

3. Yana ayrılmış saçlar

İllərdir
ki, eyni saç stilindən istifadə edən ulduzlardan biri də "Friends”
serialı ilə məşhurlaşan Cennifer Enistondur. Aktrisa yana ayrılmış,
klassik düzümdəki saçlarından vaz keçməyi düşünmür. Bu saç stili
Cenniferlə o qədər bütünləşib ki, hətta Amerikada saç ustaları bu düzümü
"Cennifer Eniston saçı” adlandırır. 

 

4. Tünd saçlar

Runi
Mara, Leyton Mister kimi aktrisalar artıq böyüdüklərini və daha ciddi
rollara çəkilmək istədiklərini göstərmək üçün saçlarını tünd rəngə
boyamağa başlayıblar.

Bu həm də aktrisaların daha öncə rol aldıqları seriallardakı imiclərinin unudulmasına yardım edib.

 

5. Sarı saçlar

Beyons
"Destiny's Child” qrubundan ayrılıb öz karyerasını qurmaq istəyəndə
saçlarını sarıya boyatmışdı. Sarı saçların cazibəsindən Merilin Monro
kimi ulduzlar da istifadə edib.

 

6. Qısa saç

Qısa
saç kəsimləri hamıya yaraşmır. Ancaq üz cizgilərinizin qüsursuz
olduğunu düşünürsünüzsə, bu saç düzümünə müraciət edə bilərsiniz.
Hollivudun ən diqqətçəkən aktrisalarından olan Enn Hetuey saçlarını qısa
kəsdirərək artıq romantik komediyalar əvəzinə, ciddi işlərdə rol almaq
istədiyini elan etdi.

 

7. Uzun saçlar

Yaşından
daha gənc görünmək istəyənlər isə uzun saça üstünlük verir. Cennifer
Lopez, Salma Hayek və Sofiya Verqara kimi ulduzlar məhz uzun saç
sayəsində həm gənc, həm də seksual görünürlər.

 

8. Kəkil

Kəkil
saxlamaq da riskli addımdır, hər kəsə yaraşmır. Ancaq yaraşdığı
insanların karyerada uğur qazanmasına kömək edir. Məsələn, aktrisa Zoui
Deşanel digər ulduzlardan seçilməsində məhz kəkillərinin yardımçı
olduğunu etiraf edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!