Dərini hamarlaşdıran ucuz və effektli yerkökü maskası

Dərini hamarlaşdıran ucuz və effektli yerkökü maskası
Saç və Dəri baxımı
10.09.2017 5
Mütəmadi
olaraq kök maskası istifadə edən şəxslərin dərisində sızanaq və ləkə
problemlərindən əsər-əlamət qalmır. Bu da yerkökünün tərkibində olan
vitamin və minerallardan qaynaqlanır.

 

Bir
çox qoruyucu kremin hazırlanmasında istifadə edilən yerkökü dərini
ultrabənövşəyi şüalarından qoruyur, eyni zamanda, dərini ətraf mühitin
mənfi təsirlərindən müdafiə edir.

 

Bu
maska həm ucuz başa gəldiyi, həm də ev şəraitində çox rahatlıqla
hazırlandığı üçün çox əlverişlidir. Əgər cibinizə qənaət etmək
istəyirsinizsə, o zaman bahalı kremlərə pul xərcləmək əvəzinə kök
maskasını sınaqdan keçirin. Hətta ən həssas dəri tipinə malik olsanız
belə, heç bir problem yaşamayacaqsınız. Bunun ən əhəmiyyətli
səbəblərindən biri mağazalardan alacağınız maska və ya kremin tərkibində
yerləşən yüzlərlə, bəlkə də, minlərlə kimyəvi maddə olmasıdır. Bu
kimyəvi maddələr bəzən dəridə allergiyaya səbəb olur. Dolayısı ilə
sızanaqlardan və ya ləkələrdən xilas olmaq yerinə, çoxalmasına gətirib
çıxarır.

 

Dəri üçün yerkökü toniki

Ərzaqlar:

Yerkökü suyu yarım stəkan

Xiyar suyu yarım stəkan

Hazırlanması:

Yerkökü
 və xiyar suyunu şüşə bankaya töküb qarışdırın. Sonra hazırladığınız 
toniki hər axşam yatmazdan əvvəl pambığın köməyilə dəriyə, xüsusilə,
ləkə və sızanaq olan yerlərə kompres kimi çəkin. Mütəmadi şəkildə tətbiq
etdikdə dəriniz inanılmaz dərəcədə parlaq və uşaq dərisi kimi hamar
olacaq.

 

Kök maskası

Ərzaqlar:

2 ədəd yerkökü

2 xörək qaşığı bal

 

Hazırlanması:

İlk
olaraq köklərin qabığını təmizləyin. Qabığını təmizlədikdən sonra
blenderə atın və suyunu süzün. Kökün suyunu tonik kimi istifadə edin,
lətinə isə 2 xörək qaşığı bal əlavə edib maska hazırlayın. Yaxşıca
qarışdırıb üzünüzə çəkin. Təxminən 20-30 dəqiqədən sonra maskanı soyuq
su ilə yuyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!