Yağlı saçlardan bezən xanımlara məsləhət

Yağlı saçlardan bezən xanımlara məsləhət
Saç və Dəri baxımı
10.09.2017 10
Saçlarınız
tez-tez yağlanır, hətta hər gün yumağa belə ehtiyac duyursunuzsa, o
zaman saçınızdakı yağlanmanın qarşısını alacaq yolları bu yazısından
öyrənin.
Quru
saçlar da, yağlı saçlar da saç dərisi üçün normal sayılan PH balansına
sahib deyildir. Sağlam saçlar üçün də sağlam saç dərisinə sahib olmaq
lazımdır. İndi yağlı saçlar da çox ciddi problem kimi qarşılanır. Çünki
gündüzlər yuyulan saçlar günortadan sonra artıq parıldamağa, yağlı
görünməyə başlayır. İnsanlar da hər gün saçlarını yumağa məcbur olur.

Saçlarınıza toxunmayın



Yağlı saçlar sizə "mənə toxunma” deyir. Bu, doğrudur: saçlarınıza
toxunmayın. Əllərinizi saçlarınızın arasına salaraq arxaya sığallamayın.
Çünki hər dəfə saçlarınıza toxunduğunuzda yağ vəzlərini hərəkətə
keçirmiş olursunuz.

Aloe-vera

Eyni
miqdarda bir xörək qaşığı aloe-vera və bitki mənşəli şampunu
qarışdırın. Dairəvi hərəkətlərlə dərinizi bu qarışımla masaj edin.
Dırnaqlarınızı saç dərisinə sürtməyin. Bunu həftədə 3 dəfə, ya da hər
gün edin.

Nəmləndirmə

Saç baxımı ən az həftədə iki dəfə olmalıdır. Saçınız üçün nəmləndirici istifadə edin.

Protein

Saçınızın
yağ balansını tənzimləmək üçün yeməklərinizə də diqqət etməlisiniz.
Hormonlar saçların yağlı, ya quru olmasında olduqca vacibdir. Yağlı və
şəkərli qidalar hormonlara təsir edərək, saçları yağlı edən yağ
vəzlərini hərəkətə keçirir. Protein ağırlıqlı qidalandığınızda
hormonlarınız doğru çalışacaq və yağ vəzləri çox aktiv olmayacaq.

Limon suyu

Limon
suyu toksinləri təmizləyərək, saçların yağ balansını da tənzimləyir.
Yaşıl limon PH səviyyəsini nizamlayır. Dərinin sağalmasına yardımçı
olur. Bir miqdar su ilə limon suyunu qarışdırın və saçlarınızı şampunla
yuduqdan sonra bununla saçlarınızı durulayın. Saçlarınızın yağlılığı bir
müddət sonra yox olacaq.

Stressdən qaçın

Stressin
saç və dəri üzərində təsiri böyükdür. Çünki stressli zamanda
hormonların fəaliyyəti də dəyişir. Yağ vəzləri daha çox çalışır. İdman
edin, rəqs edin, musiqi dinləyin, sağlam qidalanın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!