Parıltılı dəriyə sahib olmaq üçün nə etməli?

Parıltılı dəriyə sahib olmaq üçün nə etməli?
Saç və Dəri baxımı
10.09.2017 24
Xatırlayırsınızsa,
bir zamanlar yağlı dəri qüsur hesab olunurdu. Tərləyəndə üzdə yaranan
parıltını silmək üçün dərhal salfet axtarır,  yaxud bu kiçik problemi
mat kirşan vasitəsilə aradan qaldırırdıq. Bu gün hər şey əksinədir.
Makiyaj ustaları üzdə təbii parıltı əldə etmək üçün dəridən-qabıqdan
çıxaraq müxtəlif məhsullar təklif edir.

 

Moda
həftələrində də dizaynerlər podiuma çıxan qızların dərisinin nəmli
görünməsi üçün hər vəchlə çalışıblar. Lakin onun düzgün həyata
keçirilməsinin bir neçə qaydası var.

 

1.
Əsas faktor düzgün qidalanma və yuxu rejimi, o cümlədən, dəriyə
mükəmməl qulluqdur. Dəri tipinə uyğun keyfiyyətli məhsullar seçməyi
unutmayın. Onların sayəsində dəri daim sağlam və parlaq görünəcək.

 

2.
Dəri tipini nəzərə alıb, ona uyğun maska çəkin. Məsələn, yağlı dəriyə
sahib olanlara gil maskası məsləhət görülür. Gil maskası dərini ölü
hüceyrələrdən təmizləyib ona təravət bəxş edəcək. Quru dəriyə sahib
olanlara isə nəmləndirici banan maskaları tövsiyə olunur.

 

3.  Çoxlu su için. Su çatışmazlığı özünü dəridə dərhal göstərir. Dəri quruyur və qırışmağa başlayır.

 

4.
Hər səhər nəmləndirici kremlə dərini masaj edin. Qan dövranını artırmaq
üçün dairəvi hərəkətlərlə kremi dəriyə yaxşıca hopdurun. Bu zaman
dəriniz sizə minnətdar olacaq!

 

5.
Mümkün qədər makiyajdan az istifadə etməyə çalışın. Üstəlik, təbii
makiyaj bu il çox dəbdədir. Bu tendensiya sizə dərinin əsl gözəlliyini
nümayiş etdirmək və onu ağır makiyajla boğmamaq üçün əla fürsətdir. Odur
ki, dərini kosmetik məhsulların hücumuna məruz qoymayın.

 

6.
Şəffaf tekstura seçin və dərinin tələbatını nəzərə alın. Əgər dərinin
dəyişkən tonu sizi narahat edirsə, makiyaj üçün yüngül və sulu tonal
kremlər seçin. Bu cür məhsullar dəriyə zərər vermədən qüsurları ehmalca
örtür.

 

7.
Dəriyə təbii parıltı vermək üçün həddi aşmaq lazım deyil. Burada
balansı qorumaq çox əhəmiyyətlidir. Əgər günortadan sonra sizin dəriniz
yağlı görünürsə, o halda gözün kənarlarına, burun sümüyünə az miqdarda
olmaq şərti ilə toz halında satılan şəffaf kirşan çəkin. Kirşan dərinin
yağlılığını azaldaraq parıltını səliqəyə salacaq. Beləcə, üzünüz gün
ərzində nur saçacaq.

 

8.
Əgər təbiət sizi sağlam və gözəl dəri ilə mükafatlandırıbsa, o zaman
heç nə çəkməyin. Onsuz da, ideal dəri gözəlliyinizi  vurğulayır. Lakin
ona qulluq barədə unutmayın. Gündəlik makiyaj üçün dodaqlara neytral
tonlarda balzam və tuş çəkmək kifayətdir. Bu, ən müasir, sürətli və ən
ucuz gözəllik trendidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!