Qoca ağac/Şiringül Musayeva

Qoca ağac/Şiringül Musayeva
Saç və Dəri baxımı
10.09.2017 31
Düşündürücü hekayələr
27 aprel 2016, 00:55

Ayların , illərin , bəlkə də əsrlərin kandarında durmusan ,qoca ağac ...Bilmək olmur illər səndən o yanda qalıb, yoxsa bu yanda.Kötüklərin çalın- çarpaz ilmələr kimidir ,torpağın sinəsinə naxış vurmusan elə bil.
Qəribədir , ağac nəyə bənzəyərmiş;- səni uzun-uzun illər yaşayıb saç- saqqal ağartmış qoca bir loğmana bənzədirəm ;səni qırçın –qırçın tumanının ətəkləri yerlə sürünən,beli azca bükülmüş nənəmə bənzədirəm; səni neçə- neçə sınaqlara sinə gərmiş, döyüşdən- vuruşdan qalib çıxmış qos-qoca bir pəhləvana bənzədirəm.
Səni özü üçün bir dünya qurmuş, dünyanın işləklərin seyr etdikcə qəribləşmiş, tənhalaşmış, öz sirli və tənha dünyasına çəkilmiş qoca bir şairə bənzədirəm.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!