Sarışınların bəxti gətirdi

Sarışınların bəxti gətirdi
Saç və Dəri baxımı
10.09.2017 13
İndiyə qədər bir çox mövzuda tənqidə məruz qalan sarışınların saç mövzusunda şanslı olduqları bəlli olub.

 

Belə
ki, türkiyəli trixoloq Tələt Sam açıqlamasında bildirib ki, anadangəlmə
sarışın olanların saç telinin sayı kürən və ya tünd rəngli saçı
olanlara nisbətən daha çoxdur. Saç tökülməsinə qarşı istehsal etdiyi
şampunlarla məşhurlaşan trixoloq Tələt Sam qadın və kişilərin ortaq
problemi olan saç tökülməsi barədə ətraflı məlumat verib.

 

Onun
sözlərinə görə, saçın təbii rəngi telin miqdarına təsir edir. Trixoloq
bildirib ki, sarışınların saç teli digərləri ilə müqayisədə daha gurdur:

 

"Anadangəlmə
sarışın olanların saç telinin sayı 140 mindən çoxdur. Kürən saçlılarda
təxminən 90 min, əsmərlərdə 110 min, qaradərililərdə isə 120 min saç
teli olduğu deyilir. Bu amil də onların saç tökülməsindən daha az
narahatlıq keçirməsinə səbəb olur.

 

Hava
dəyişikliyi və çirklənməsi də saçlardakı dəri piyinin tarazlığını
pozur. Bu kimi amillər saçların köklərdən ayrılaraq tökülməsinə yol
açır. Xüsusilə, qışda, soyuq hava şəraitində saçların daha çox baxıma
ehtiyacı olur. Səhər yuxudan durarkən yastıqda tökülmüş saç telləri
görürsünüzsə, onun sayına fikir verin ”.

 

Saç
mütəxəssisi saç tökülməsi problemini dayandırmaq üçün kimyəvi
məhsullardan uzaq durmağı və bitki tərkibli məhsullardan istifadə etməyi
tövsiyə edib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!