Nar şirəsini üzünüzə çəksəniz

Nar şirəsini üzünüzə çəksəniz
Saç və Dəri baxımı
10.09.2017 12
Qədim
zamanlardan bəri gözəlləşmək istəyənlər nar şirəsindən istifadə edib.
Çünki nar şirəsi dərini cavanlaşdırır, onun daha ağ və qüsursuz
görünməyini təmin edir. Ancaq daha effektli təsir üçün nar şirəsini üzə
çəkmək lazımdır.



Qadinlar.biz narın dəriyə faydalarını və ondan istifadə qaydalarını təqdim edir:



Nar
antioksidantlarla zəngin olduğu üçün dəridəki yaşlanma əlamətlərini
aradan qaldırır. Tərkibindəki B5 ve C vitaminləri sayəsində dərini
qoruyur.



Nar
şirəsi və narın tumlarından əldə edilən yağ dəri hüceyrələrini
yeniləyir. Həmçinin, dərini günəşin ultrabənövşəyi şüalarından qoruyur.



Nar
həm bakteriyalar, həm həzm sistemində yaranan problemlər, həm də
hormonların balansının pozulması səbəbindən yaranan sızanaqları aradan
qaldırır.



Bunun
üçün gündə 1 stəkan nar şirəsi içmək, həmçinin üzü gündə 2 dəfə nar
şirəsinə batırılmış pambıqla silmək lazımdır. Nar şirəsi sızanaqları
sağaltmaqla yanaşı, sızanaq ləkələrini də aradan qaldırır.



Təzə
narla dəriyə qulluq etmək istəyirsinizsə, onun qabığını təmizləyin. Nar
dənələrini mikser vasitəsilə lapa halına gətirin. Əldə etdiyiniz
maskanı üz və boyun bölgəsinə çəkin. 20-25 dəqiqə gözləyib ilıq su ilə
üzünüzü təmizləyin. Narın faydasını görmək üçün bu maskanı 2-3 həftə hər
gün çəkməlisiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!