Tərtəmiz və zərif dəri üçün 5 qəpiklik maska

Tərtəmiz və zərif dəri üçün 5 qəpiklik maska
Saç və Dəri baxımı
10.09.2017 14
Kömür
çox gözəl absorbentdir. Kömür ziyanlı maddələri özünə hopdurur və xaric
edir. Əvvəllər kömür tez-tez qida zəhərlənmələri zamanı istifadə
olunurdu.

Kömür
maskası yağlı, problemli, üzərində çoxlu qara nöqtələr olan dəri üçün
uyğundur. Kömür maskaları dərini çox yaxşı təmizləyir, dərinin artıq
yağlılığını və parıltısını götürür, rəngini yaxşılaşdırır.



10
həb kömür həvəngdəstədə toz vəziyyətinə çatdırılır, az miqdarda su ilə
qarışdırılır və üz dərisinə çəkilir. Üzünüzü yüngül massaj edin, maskanı
10 dəqiqə (bundan artıq yox!) saxlayın və sonra ilıq su ilə yuyub
adətən istifadə etdiyiniz qidalandırıcı krem çəkin. 

Belə maskanı həftədə 1-2 dəfə etmək olar. Bir müddətdən sonra siz dərinizin vəziyyətinin xeyli yaxşılaşmasını görəcəksiniz.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!