Mövsümi saç tökülmələrinə diqqət

Mövsümi saç tökülmələrinə diqqət
Saç və Dəri baxımı
10.09.2017 29
Hər gün əlinizə yüzlərlə saç gəlir? Fəsil dəyişkənliklərində bunun daha da artdığını hiss edirsiniz?

Bu
yazımızı oxuyaraq mövsümi saç tökülməsinin fərqini, saçın tökülməsinin
səbəblərini və bunun qarşısını almaq üçün nələr etməli olduğunuzu öyrənə
bilərsiniz.

Mövsümi saç tökülməsini tam olaraq dayandırmaq olmasa da böyük nisbətdə aza endirmək mümkündür.



Saçların tökülməsinin səbəbləri

Düzgün qidalanmamaq

Şəkər xəstəliyi

Hamiləlik və doğum

Davamlı olaraq dərman qəbul etmək

Ağır diyetlər

Dəmir və sink çatışmazlığı

Yüksək hərarətli xəstəliklər

Qaraciyər xəstəlikləri

Kimyəvi maddələr, spirtli içki və siqaret

Həddindən artıq arıqlama

Kimyəvi saç boyalar

Stress

Hava dəyişkənliyi

Anemiya

Tiroid ve hormonal xəstəliklər



Saçın tökülməyini ən minimum səviyyəyə endirmək üçün nələr edilməlidir?

Saça zərər verən kimyəvi saç boyalarından və saça qulluq vasitələrindən uzaq durmaq.

Protein baxımından zəngin ərzaqlarla qidalanmaq.

Siqaret çəkilən mühitlərdə çox qalmamaq.

Saçları tez-tez yumaq da tökülməyə səbəb ola bilər. Ona görə saçlarınızı 2-3 gündən bir yuyun.

Ph 5.5 tərkibli şampunlardan istifadə edin.

Artıq miqdarda A vitamini qəbul etməmək. Çünki bu da saçın tökülməsinə səbəb ola bilər.

Jele, saç spreyi, mus və şəkilləndirici kremlər saçın nəfəs almasına
mane olur və tökülməsinə şərait yaradır. Buna görə bu vasitələrdən az
istifadə etməyə çalışın.

Saç dərisinə masaj eləmək saçın tökülməsinin qarşısını alır.

Çoxlu miqdarda karbonhidrat tərkibli qidalar qəbul etməməlisiniz.

B qrup vitaminlər qəbul etmək saç tökülməsini azaldır.



Mövsümi saç tökülməsinin əlamətləri nələrdir?

Gündə təxminən 100-120 tükün tökülməsi normal hesab edilir. Əgər
saçlarınız bu normadan artıq tökülürsə, bu, mövsümi saç tökülməsinin
əlaməti ola bilər.

Mövsümi saç tökülməsinin bir əlaməti də əlinizi hər saçınıza atdığınızda xeyli sayda tük tökülməsidir.

Mövsümi saç tökülməsi ən uzun bir həftə çəkir. Saçlarınızın
tökülməsinin bundan daha artıq müddət davam etməsi zamanı mütləq bir
dermatoloqa müraciət edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!