Quruyan əllər üçün evdə hazırlanan losyon

Quruyan əllər üçün evdə hazırlanan losyon
Saç və Dəri baxımı
10.09.2017 13
Quruyan əllərinizi nəmləndirmək üçün
tərkibində kimyəvi maddələr olan satınalma vasitələr yerinə özünüz evdə
asanlıqla hazırlayacağınız losyonlardan istifadə edə bilərsiniz.



Bunun
üçün lazım olanlar aşağıdakılardır:

2 yemək qaşığı bal mumu

4 yemək qaşığı Hindistan qozu yağı

1 yemək qaşığı zeytun yağı

limon qabığı, darçın və ya qoxusunu sevdiyiniz bir yağ



Hazırlanması:

Balaca
bir şüşə qabın içinə bal mumu və hindistan qozu yağını töküb
qarışdırın. Sonra bu qarışığı bal mumu əriyənə kimi mikrodalğalı sobada
saxlayın. Sobadan çıxartdıqdan sonra zeytun yağı, rəndələnmiş limon
qabığı, darçın və ya başqa iyli uçucu yağlardan bir neçə damcı töküb
qarışdırın. Bu qarışığı kub formasında olan silikon qəliblərə töküb
soyuducuya yerləşdirin. Bərkiməsi üçün ən az bir saat soyuducuda
saxlayın. Sonra bu kubları bir qabın içinə qoyun. İstifadə etmək
istədiyiniz zaman həmin kub formasındakı losyonu götürüb nəmləndirmək
istədiyiniz yerə sürtün. Qurtardıqdan sonra həmin kubu əriməməsi üçün
yenidən qaba yerləşdirin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!