Dərimi necə quruda bilərəm?

Dərimi necə quruda bilərəm?
Saç və Dəri baxımı
10.09.2017 9
Bir çox qadın dərisinin quruluğundan şikayət edir və onu nəmləndirmək,
bir az daha yağlı hala gətirmək üçün müəyyən üsullardan istifadə edir.
Ancaq bəzi qadınlar da dərisinin yağlı və nəmli olmasından əziyyət çəkir
və buna çarələr axtarırlar. Hər nə qədər ilk baxışdan yağlı dərinin
yaxşı olduğu düşünülsə də, təəssüf ki, belə deyil. Üzdə yağlılığın çox
olması dərinin parıldamasına, üzdə tez-tez qara nöqtələr və sızanaqların
yaranmasına səbəb olur.



Dərini qurutmaq üçün bəzi dərmanlar
vardır. Lakin bu dərmanlar adətən həddindən artıq sızanaqları olan
adamlara tətbiq edilir və mütləq həkim nəzarətində olmalıdır. Həmçinin,
bu dərmanlar qaraciyərdə olduqca yorucu təsirə malikdir və bəzən dərinin
soyulmasına səbəb olur. Buna görə də belə kimyəvi dərmanlar əvəzinə
təbii üsullarla bu problemi aradan qaldırmağa çalışmalısınız.

Üzümüzdə
artıq yağın yığılmasının qarşısını almaq üçün edəcəyiniz ən təsirli və
effektli üsul onu tez-tez yumaqdır. Ancaq bu zaman nəmləndirici sabundan
istifadə etsəniz fayda görməyəcəksiniz. Buna görə də hər fürsət
düşdükcə üzünüzü sadəcə ilıq su ilə yumağınız üzünüzdəki yağların
atılmasında köməkçi olacaqdır.
Əgər daha tez effekt verən bir üsul istəyirsinizsə, alma sirkəsi ilə
suyu qarışdırıb üzünüzə tətbiq edə bilərsiniz. Bəzi qadınlar yumurtanın
ağını üzə çəkib, quruduqdan sonra yumaq üsulundan istifadə edirlər.
Ancaq bu üsulun elə də qalıcılığının olmadığını və üzdə qırışlar yarada
biləcəyini qeyd etməliyik.



Bundan əlavə, istifadə etdiyiniz
makiyaj vasitələri və eyni zamanda kremlərinizin də yağlı cildlər üçün
olanlardan seçilməsi vacibdir.

Həmçinin əli üzə tez-tez vurmaq da yağlanmanı sürətləndirir. Buna görə də üzünüzü və saçınızı mümkün qədər az oynatmağa çalışın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!