Mükəmməl saçlar üçün 5 qızıl məsləhət

Mükəmməl saçlar üçün 5 qızıl məsləhət
Saç və Dəri baxımı
10.09.2017 20
Güclü
saçlara sahib olmaq hər bir xanımın arzusudur. Əslində hər bir kəs
saçlarına düzgün qulluq etməklə mükəmməl saçlara sahib ola bilər. Bunun
üçün baş dərisinin sağlam olması kifayətdir. Bəs dərinizin sağlamlığını
necə təmin edə bilərsiniz? Bu suala cavab tapmaq üçün məqaləmizi
diqqətlə oxuyun.

1. Sulfat şampun
və başqa saç məhsullarının köpüklənməsinə kömək edən maddədir. Və eyni
zamanda da baş dərimizin qurumasına və qabıqlanmasına şərait yaradan
maddədir. Şampunlar dərinizin yağ balansını pozur və beləliklə
saçlarınız daha çox yağlanmağa başlayır. Demək ki, saçlarınızı
bacardığınız qədər gec-gec yumalısınız. Tərkibində sulfat olmayan
şampunlar istifadə etməklə baş dərinizin qurumasının və qabıqlanmasının
qarşısını almış olursunuz.

2.Saçlarınızın
yumşalması və təbii parlaqlığına qovuşması üçün  müxtəlif yağlardan
istifadə edə bilərsiniz. Təbii saç yağlarının saçlarınızı yumşaltmaqla
yanaşı bir neçə özəllikləri vardır. Arqanyağı saçlarınızın strukturunu
bərpa edərkən zeytun yağı kəpəyin qarşını almağa kömək
edir.Badam və gicitkən yağları isə saçların sürətlə uzanmasını  təmin
edir.

3.Saçlar
istiyə qarşı çox həssasdırlar. Fen istifadə edərkən saçlara qarşı son
dərəcə ehtiyatlı olmaq lazımdır. Saçları şəkilləndirərkən feni
saçlardan 10-15 sm uzaq tutmaq lazımdır. Saçlarınızı qurulayarkən isə
çalışın qətiyyən fendən istifadə etməyin. Qış aylarında məcburən fen
istifadə edərkən feni saçlardan 15-30 sm  məsafədə tutmaq lazımdır.

4.Sağlam
saçlara sahib olmağın əsas şərtlərindən biri də sağlam qidalanmaqdır.
Tərkibində dəmirvə proteinlər olan qida məhsulları qəbul etməyiniz
məsləhətdir. Bu saçlarınızın tökulməsinin və dırnaqlarınızın
qırılmasının qarşısını alır.

5.Darağınızı
düzgün seçin! Saçları mütəmadi olaraq daramaq baş dərisinə masaj
effekti verir. Lakinsintetik və ucları toplu olan daraqlardan uzaq
durun. Toplu ucluqlar saçlarınızın dolaşmasına və qırılmasına səbəb
olur. Taxtadan və ya təbii tüklərdən hazırlanmış daraqlarla sağlam və
güclü saçlara bir addım daha yaxınlaşmış olursunuz.



Unutmayın, sağlam saç dərisi sağlam saçlar deməkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!