Sızanaqlı dəri necə təmizlənməlidir?

Sızanaqlı dəri necə təmizlənməlidir?
Saç və Dəri baxımı
10.09.2017 14
Dərinin
gözəlliyini qorumağın ilk qaydası onu təmiz saxlamaqdır. Gecə yatmazdan
öncə dəri makiyajdan təmizlənməli, tipinə uyğun qulluq  edilməlidir.

 

Son
illər dəri təmizliyində xüsusi süngərlərdən, fırçalardan və ya üz
təmizləmə aparatından istifadə edilir. Ancaq problemli dərini bu cür
təmizləsəniz, vəziyyəti daha da pisləşdirərsiniz. Xüsusilə də, sızanaqlı
dərini təmizləyərkən diqqətli olmaq lazımdır.

 

Məşhur model Kendall Cennerin dermatoloqu doktor Kristi Kidd sızanaqlı dərinin təmizlənmə qaydasından danışıb.

 

Dəri düzgün təmizlənmədikdə sızanaqlar arta və bütün dəriyə yayıla bilər. Bunun qarşısını almaq isə olduqca asandır:

 

"Dərinizin
həssas olduğunu nəzərə alın. Zədələyə biləcək məhsullardan uzaq durun.
Təmziləyərkən fırçadan və ya süngərdən istifadə etməməlisiniz. Ən yaxşı
üsul üzü klassik qaydada, əl ilə yumaqdır. İltihablanmanın qarşısını
almaq üçün tərkibində çay ağacı yağı və ya aloe-vera olan
gel-köpüklərdən istifadə edin. Dərini quruladığınız dəsmal təmiz və
yumşaq olmalıdır. İri salfetlərdən istifadə etmək olar”.

 

Dermatoloq dərinin vəziyyətini yaxşılaşdırmaq üçün istifadə edilməli olan məhsulları da açıqlayıb:

 

"İstifadə
etdiyiniz təmizləmə vasitələrini məhsulları mütəmadi olaraq
dəyişdirməyin. Həkimlə məsləhətləşin və onun məsləhət gördüyü krem və ya
digər məhsulları alın. Günəşin zərərli şüalarından qorunmaq üçün SPF
tərkibli kremlər çəkməyi unutmayın. Hətta qış fəslində də bu tip
kremlərdən imtina etməyin. Yatmazdan öncə yağlı və ya qarışıq dəri tipi
üçün olan və sakitləşdirici zərdablar çəkin”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!