Qara nöqtələri yox edən, soyularaq təmizlənən maska resepti

Qara nöqtələri yox edən, soyularaq təmizlənən maska resepti
Saç və Dəri baxımı
10.09.2017 10
Qara nöqtələrin gözəlliyinizə kölgə salmağını istəmirsinizsə, mütəmadi olaraq xüsusi maskalardan istifadə edin.



Qara
nöqtələrə qarşı ən təsirli vasitə soyula bilən maskalardır. Su ilə
təmizlənən maskalardan fərqli olaraq soyula bilən maskalar dərini daha
dərindən təmizləyir, qara nöqtələrin yenidən yaranmasının qarşısını
alır.



Süd və bal maskası

Tərkibi:

1 xörək qaşığı bal

1 xörək qaşığı süd



Hazırlanması:

Bal
və südü bir kasaya töküb mikrodalğalı sobaya qoyun. Məcun halına düşənə
kimi gözləyin. Daha sonra sobadan çıxarıb soyumağını gözləyin və fırça
ilə qara nöqtələrin olduğu bölgələrə çəkin. 25 dəqiqə gözlədikdən sonra
maskanı yavaş-yavaş soyun. Maskanı həftədə iki dəfə çəkməlisiniz.



Salfet maskası

Tərkibi:

1 ədəd yumurtanın ağı

1 xörək qaşığı limon şirəsi

Salfet



Hazırlanması:

Yumurtanın ağı ilə limon şirəsini qarışdırıb çırpın.



Həmin
qarışığı qara nöqtələrin çoxluq təşkil etdiyi yerlərə çəkin. Daha sonra
salfeti üzünüzə yapışdırın. Salfetin sadə olmasına diqqət edin. Rəngli
və şəkilli salfetlərdən istifadə etməyin. Fırça ilə salfetin üzərindən
yenidən yumurta ilə limon qarışığını çəkin. Qurumağını gözləyin. Salfeti
soyun. Daha sonra üzünüzü ilıq su ilə yuyub toniklə silin. Bu maskanı
həftədə bir dəfə çəkmək kifayət edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!