Qüsursuz və hamar dərinin sirri

Qüsursuz və hamar dərinin sirri
Saç və Dəri baxımı
10.09.2017 6
Qara nöqtələrdən xilas olmağın yolları 

Qüsursuz
dəri istəyirsinizsə, əvvəlcə qara nöqtələrdən xilas olmalısınız. Bir
çox qadınların ortaq problemlərindən biri də qara nöqtələrdir. Xüsusən
də yağlı və məsamələri iri olan dərilərdə əmələ gələn qara nöqtələrin
əsas səsəbi qidalanma, gün ərzində yığılan çirk, hətta makiyajdır.
Sızanaq isə qara nöqtənin inkişaf etmiş formasıdır. Qara nöqtələr
sızanağa çevrilmədən qarşısını almaq lazımdır. Bu tövsiyələrimiz sizə
onlardan xilas olmağa yardım edəcək. 



Qara
nöqtələri təmizləmək üçün ilk olaraq məsamələri açmalısınız. Bunun üçün
ən yaxşı yol buxar vannasıdır. Geniş bir qaba su tök&¨b qaynadın
sonra dəsmalla başınızı örtüb üzünüzü həmin qaba tutun. 10-15 dəqiqədən
sonra qara nöqtələr daha yaxşı təmizlənəcək. 

Qara nöqtələri təmizləmək üçün sıxmaq yaxşı üsul deyil. Bunun yerinə
iynəsini çıxardığınız şiprislə qara nöqtənin üzərinə basaraq çıxarmağa
çalışın. 

Şiprislə çıxara bilmədiyimiz qara nöqtələrlə əlləşməyin. Çünki
üzünüzdə ləkə qala bilər. Qalan qara nöqtləri təmizləməyin yaxşı yolu
pilinqdir. 



Evdə hazırlaya biləcəyiniz pilinq qayadaları:

Bir
çay qaşığı türk qəhvəsini, bir çay qaşığı şəkəri və bir az balı
qarışdıraraq əldə etdiyiniz qarışığı ovaraq üzünüzə çəkin. Yumşaq
hərəkətlərlə üzünüzü masaj edin. Sərt bassanız, dəri qıcıqlanıb qızara
bilər. Türk qəhvəsinin canlandırıcı, balın nəmləndirici xüsusiyyəti
dəriyə yaxşı təsir göstərir. Şəkər tozu isə dərini ölü hüceyrələrdən
təmizləyir. Pilinqi həftədə 2 dəfədən artıq etmək olmaz. 



Pilinqdən sonra bu masklar da dərini sağlam və hamar edir. 



İsti bal maskası: 2
yemək qaşığı balı azca isidin və içinə 2 yemək qaşığı buğda toxumu
əlavə edərək yaxşıca qarışdırın. Üzünüzə çəkin və lazım olan hissələri
gün ərzində 3-4 dəqiqə ovalayın. Ovduqdan sonra 15-20 dəqiqə gözləyin və
ilıq su ilə yaxalayın. 

Yulaf maskası: 1
yemək qaşığı yulaf ununu suda bişirin. Tünd rəng aldıqdan sonra içinə 1
çay qaşığı badam unu qatın və üzünüzü onunla ovun. 15 dəqiqə
gözlədikdən sonra ilıq su ilə yuyun. 

Limonlu maska: Bir
qaba yumurta ağı və yarım limon suyu əlavə edərək qarışdırın. Sonra
azca isidin. Qatılaşdıqdan sonra soyudun və üzünüzə çəkin. 15 dəqiqə
gözlədikdən sonra ilıq su ilə yuyun. 

Bundan
sonra məsamələri açıq saxlamaq üçün tonik çəkmək lazımdır. Bunun üçün
evinizdə təbii toniklər də var: yaşıl çay, qazlı su, alma sirkəsi və ya
gül suyu çəkə bilərsiniz. 



Təmizlənən
qara nöqtələrin təkrar çıxmaması üçün mütləq təmizləmə geli ilə
səhər-axşam üzünüzü yuyun. Bunları həftədə 1-2 dəfə tətbiq edə
bilərsiniz. 

Məsamələri sıxlaşdıran maska: 1
yemək qaşığı bal, 1 yumurta, 1 çay qaşığı qurudulmuş çobanyastığı və 1
çay qaşığı nazik doğranmış nanə ilə qarışdıraraq üzünüzə çəkin. 10-15
dəqiqə gözlədikdən sonra ilıq su ilə yaxalayın.

İri məsamələri sıxlaşdıran maska – Pürə halına gətirilmiş ya da dilimlənmiş pomidoru üzünzə çəkin. Quruduqdan sonra soyuq su ilə yuyun.

Məsamələr üçün güclü vasitə: 1
litr qaynadılmış suya yarım limonun suyu və qabıqlarını, sonra 1 ovuc
(Evinizdə hansı varsa: quşdili, kəklikotu, nanə, qərənfil, cəfəri,
çobanyastığı, lavanda) əlavə edin. Sonra qabı masanın üstünə qoyun və
saçınızı dəsmalla bağlayın. 25 sm-lik məsafədə 15 dəqiqə üzünüzü
qaynamış suya tərəf tutun. Sonra soyuq su ailə üzünü yuyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!