Dəriyə qulluq zamanı hansı səhvlərə yol veririk?

Dəriyə qulluq zamanı hansı səhvlərə yol veririk?
Saç və Dəri baxımı
10.09.2017 4
Dəriyə qulluq zamanı bəzi prosesləri doğru bilərək məhz onların tətbiqinə üstünlük veririk.

Ancaq bəzi doğru bildiyimiz yanlışlar var ki, bunlar dəriyə mənfi təsir edə bilər.

Dermatec Poliklinikasının dermatologiya üzrə mütəxəssisi dr.
Ata Nejat Ertekin fikrincə, gözəlliklə bağlı doğru bilinən yanlışlar
bunlardır:

- Qara
nöqtələrdən bantların köməyilə xilas ola bilərsiniz. Bu,yanlışdır.
Çünki qara nöqtə bantları sadəcə burundakı çirkləri təmizləyir,
məsamələrdə olan qara nöqtələri çıxarmaq gücündə deyil. Bantın üzərində
görünən isə səthi çirklərdir.

- Selülitlərə qarşı kremlər.
Bu da yanlışdır. Selülitlə mübarizədə müəyyən krem və ya gellər
möcüzəvi təsir göstərə bilməz. Selülitdən qurtulmaq üçün dermatoloqa
müraciət edərək onun məsləhəti ilə doğru vasitələri seçmək lazımdır.

- Günəş
kremi sadəcə yayda çəkilə bilər fikri yanlışdır. Günəşin yaydığı UVA
şüaları (qırışlara səbəb olanlar) bütün il boyu eyni dərəcədə güclü
şəkildə əks olunurlar. Siz gözünüzlə görməyə bilərsiniz amma UVB və UVA
şüalarına məruz qalan dəri yaşlılıq ləkələri, qırışıqlıqlar və ya ən pis
halda dəri xərçəngi kimi ciddi problemlərlə qarşılaşa bilər. Bu
səbəbdən də qışda belə üzünüzə, əllərinizin dəri növünə uyğun günəşdən
qoruyucu krem çəkməlisiniz.

- Yağlı
cildin nəmləndiriciyə ehtiyacı yoxdur. Yanlış fikirdir. Nəmləndirici -
sağlam dəri hüceyrələrinin qorunmasında əhəmiyyətli komponentdir. Yağlı
dərilərin də digər dəri növləri kimi nəmləndirilməyə ehtiyacı var. Əgər
dəriniz yağlıdırsa, yağsız, su əsaslı olanlara üstünlük  verməlisiniz.

- Civzəni
sıxsan xilas olarsan. Yanlışdır.  Tam əksinə, civzə əsla
sıxılmamalıdır. Çünki sıxıldıqda civzənin içində olan infeksiyanı və
iltihabı da yaymış olarsınız ki, bunun da nəticəsində həm üzdə izlər
əmələ gəlir, həm də daha da böyüyür.

- Üzünüzü
nə qədər çox yusanız, o qədər yaxşıdır fikri yanlışdır. Dərinizin yağ
balansı var. Hər istədiyiniz zaman dəri təmizliyi üçün üz yumaq bu təbii
balansı poza bilər. Çox təmizlənən dəri qıcıqlana, yağ balansı
pozulduğu üçün sağlam görünüşünü itirə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!