Sızanaqlarla mübarizə aparmaq üçün 6 məsləhət

Sızanaqlarla mübarizə aparmaq üçün 6 məsləhət
Saç və Dəri baxımı
10.09.2017 10
Hamiləlik
dövründə qadınların hormonlarında dəyişikliklər müşahidə olunur.
Təəssüf ki, həmin dəyişikliklər təsirsiz ötüşmür. Məsələn, həmin dönəmdə
dəri daha çox yağlandığı üçün sızanaqlar artır. Üstəlik, yeniyetməlik
dövründəki sızanaqlardan daha qalıcı olurlar.

 

Sızanaq
bəzi hamilələrdə bir və ya bir neçə ay görünüb sonra öz-özünə yox olsa
da, bəzilərində bütün hamiləlik boyu bu narahatlıq davam edir.

 

Sızanaqdan xilas olmaq istəyirsinizsə, Qadınlar.biz -in təqdim etdiyi məsləhərtlərə əməl edin.

 

1.Üzünüzü
gündə 2 dəfə sabunla və ya gellə yuyun. Bu zaman ancaq əllərdən
istifadə edin. Üz fırçalarından istifadə etməyiniz məsləhət deyil.

 

2.Üzünüzü yuduqdan sonra dəsmalı üzünüzə sürtərək, dərinizə zərər verəcək hərəkətlər etməyin.

Dəsmalı üzünüzə xəfifcə basın və dərini ovalamadan qurulayın.

 

3.Nəmləndirici kreminizin tərkibində yağ olmamasına diqqət edin.

 

4.Sızanaqları
sıxmayın, ovalamayın, partlatmayın. Bu pis vərdişdir və sızanaqların
daha da artmasına, həmçinin, ləkələrin qalmasına səbəb olur.

 

5.Yediyiniz qidaları diqqətlə seçin.

 

Ədviyyatlı, həddən artıq istiotlu yeməklər sızanaqların artmasına səbəb ola bilər.

 

6.Dəriyə
qulluq üçün nəzərdə tutulan krem və digər vasitələri həkiminizlə
məsləhətləşmədən almayın. Çünki bəzi kremlərin və gellərin tərkibindəki
maddələr bətninizdəki körpə üçün zərərli ola bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!