Uzun və sağlam saçlar arzusundasınız?

Uzun və sağlam saçlar arzusundasınız?
Saç və Dəri baxımı
10.09.2017 11
Xanımlarımıza gözəllik verən amillərdən biri də saçlarıdır.



Təbii
ki, hər bir xanım sağlam və gözəl saçlara malik olmaq istəyər. Bəs
saçlara neçə qulluq edilməlidir və saç üçün hansı maskalar mövcuddur?

Həkim-kosmetoloq Nazxanım İmanova Qadınlar.biz  informasiya agentliyinə açıqlamasında bildirdirib ki, hal-hazırda hər bir insanın fərqli saç tipləri var.

Saçların
3 tipi var: quru, normal və yağlı. Saça tez-tez jele vurmaq olmaz.
Jeleni saçda  bir neçə gün saxlamaq olmaz çünki, saçın tökülməyinə səbəb
ola bilər. 2 aydan bir saçlarımızı kəsdirməliyik. Daha sonra həkim hər 3
saç tipi üçün maskalar məsləhət gördü.

Quru saçlar üçün maskalar:

Maska 1: 1
yumurta sarısını 1 xörək qaşığı limon şirəsi,1 xörək qaşığı ayıpəncəsi
yağı və ½ stəkan ilıq su ilə qarışdırıb saçlarınıza sürtün. 30 dəqiqədən
sonra saçlarınızı yuyun.

Maska 2: 5
xörək qaşığı zeytun yağını limon şirəsi ilə qarışdıraraq quru
saçlarınıza vurun. 30 dəqiqə gözləyin, sonra onları yumşaq su və şampun
ilə yuyun. Bu maskanı müntəzəm olaraq, hər iki həftədən bir etmək
lazımdır.

Normal saçlar üçün maskalar:

Maska 3: Ayıpəncəsi
və gənəgərçək yağları saçlar üçün çox xeyirlidirlər. Hər iki yağdan 1
çay qaşığı götürərək yuyulmamışdan qabaq saçlara sürtmək olar.

Maska 4: 2
çay qaşığı çobanyastığının üzərinə 1 stəkan qaynar su töküb dəmləyin və
süzdükdən sonra sonuncu yaxalanma üçün hazırladığınız suya əlavə edin.

Yağlı saçlar üçün maska:

Xırda-xırda
doğranmış 2 xörək qaşığı bağayarpağını 1 xörək qaşığı kefir ilə
qarışdırıb alınan tərkibi yaş saçlarınıza vurub sellofan və xovlu
dəsmalla örtün. 30 dəqiqədən sonra saçları yumaq olar.

Parlaq saçlar üçün maska:

1
çay stəkanı alma sirkəsi ilə 2 litr ilıq suyu qarışdırın və bu qarışığı
saçlarınızın uc və diblərinə yedirib, yarım saat gözlədikdən sonra
saçınızı şampunla yuyun.

Saçı uzatmaq üçün maska:

Bir
yumurtanı 50 qr zeytun yağı ilə qarışdırın və əldə edilən qarışığı
saçlarınıza tətbiq edin. Saçlarınızı dəsmal ilə bükün və 1 saat
gözləyin. Sonra şampun ilə yuyun. Ən az həftədə bir dəfə bu əməliyyatı
təkrarla.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!