Qadınlar sağlam saçlara sahib olmaq üçün nə etməli?

Qadınlar sağlam saçlara sahib olmaq üçün nə etməli?
Saç və Dəri baxımı
10.09.2017 42
Sağlam saçlar xanımlarımıza gözəllik verən amillərdən biri də saçlarıdır. 

Təbii
ki, hər bir xanım sağlam və gözəl saçlara malik olmaq istəyər.
Hal-hazırda hər bir insanın fərqli saç tipləri var. Bəs saçlara neçə
qulluq edilməlidir və saç üçün hansı maskalar mövcuddur? 

"Əvvəlcə,
onu demək istərdim ki, saçların 3 tipi var: quru, normal və yağlı. Saça
tez-tez jele vurmaq olmaz. Jeleni saçda bir neçə gün saxlamaq olmaz
çünki, saçın tökülməyinə səbəb ola bilər. 2 aydan bir saçlarımızı
kəsdirməliyik. Stilist hər 3 saç tipi üçün maskalar məsləhət gördü. Quru
saçlar üçün maskalar: Maska 1: 1 yumurta sarısını 1 xörək qaşığı limon
şirəsi,1 xörək qaşığı ayıpəncəsi yağı və ½ stəkan ilıq su ilə qarışdırıb
saçlarınıza sürtün. 30 dəqiqədən sonra saçlarınızı yuyun. Maska 2: 5
xörək qaşığı zeytun yağını limon şirəsi ilə qarışdıraraq quru
saçlarınıza vurun. 30 dəqiqə gözləyin, sonra onları yumşaq su və şampun
ilə yuyun. Bu maskanı müntəzəm olaraq, hər iki həftədən bir etmək
lazımdır. Normal saçlar üçün maskalar: Maska 3: Ayıpəncəsi və gənəgərçək
yağları saçlar üçün çox xeyirlidirlər. Hər iki yağdan 1 çay qaşığı
götürərək yuyulmamışdan qabaq saçlara sürtmək olar. Maska 4: 2 çay
qaşığı çobanyastığının üzərinə 1 stəkan qaynar su töküb dəmləyin və
süzdükdən sonra sonuncu yaxalanma üçün hazırladığınız suya əlavə edin.
Yağlı saçlar üçün maska: Xırda-xırda doğranmış 2 xörək qaşığı
bağayarpağını 1 xörək qaşığı kefir ilə qarışdırıb alınan tərkibi yaş
saçlarınıza vurub sellofan və xovlu dəsmalla örtün. 30 dəqiqədən sonra
saçları yumaq olar. Parlaq saçlar üçün maska: 1 çay stəkanı alma sirkəsi
ilə 2 litr ilıq suyu qarışdırın və bu qarışığı saçlarınızın uc və
diblərinə yedirib, yarım saat gözlədikdən sonra saçınızı şampunla yuyun.
Saçı uzatmaq üçün maska: Bir yumurtanı 50 qr zeytun yağı ilə qarışdırın
və əldə edilən qarışığı saçlarınıza tətbiq edin. Saçlarınızı dəsmal ilə
bükün və 1 saat gözləyin. Sonra şampun ilə yuyun. Ən az həftədə bir
dəfə bu əməliyyatı təkrarla".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!