Sağlam saçlar üçün vacib olan vitaminlər

Sağlam saçlar üçün vacib olan vitaminlər
Saç və Dəri baxımı
10.09.2017 18
Saçlarımızın
sağlam şəkildə uzanması, tökülməməsi, qırılmaya məruz qalmaması və
parlaqlığını itirməməsi üçün bir sıra vitaminləri nizamlı olaraq qidalar
vasitəsilə qəbul etməliyik.



Saçların sağlamlığı üçün ən vacib vitaminlər:



E vitamini

Yeni
saç hüceyrələrinin yaranması, olan hüceyrələrinsə daha da inkişaf
etməsinə səbəb olan bu vitamin, orqanizmdə yetərincə olmadıqda saçlar
gec uzanır, qırılır və tökülür. Ona görə də nəzərə alınmalıdır ki,
buğda, yulaf, kahı, kərəviz, ispanaq, soya paxlası, qarğıdalı yağı, qoz,
arı südü, tərə, qarğıdalı, cəfəri və kələm E vitamini mənbəyidir.



A vitamini

A
vitamini saçların uzanmasına kömək edir. Bu vitaminin orqanizmdə
əksikliyi saç tökülməsi, saç kökünün quruması və kəpək yaranmasına
gətirib çıxarır. Yumurta sarısı, kartof, ispanaq, brokoli, kök və
mərcimək A vitamini deposudur.



B vitaminləri qrupu

B3
vitamini qan dövranını nizamlayır. Bu vitamin orqanizmdə kifayət qədər
olmadıqda saçlar gücsüzləşir, incəlir və daha tez tökülür. Ton balığı,
toyuq, qırmızı ət B3 vitaminiylə zəngindir.

B7
vitamini saç üçün lazımi zülal , keratinin yaranmasında əsas rol
oynayır. Yumurta sarısı, qaraciyər, yaşıl yarpaqlı tərəvəzlər, tut B7
vitamini qaynağıdır.

B9
(fol turşusu) saç əmələ gətirən hüceyrələrin yenilənməsini təmin edir,
bu vitaminin çatışmazlığı zamanı isə saçlar gec uzanır. Portağal,
brokoli və yaşıl yarpaqlı tərəvəzlərin tərkibi bu vitaminlə zəngindir.

B12
vitamini isə saç köklərini oksigenlə zənginləşdirir, kifayət qədər
oksigenlə təmin edilməyən saç kökləri isə inkişaf etmir. Ən əhəmiyyətli
B12 qaynağı qırmızı ətdir.



C vitamini

Saçlarda
kollagenin yaranmasını tənzimləyən C vitamini çatışmazlığında saçlar
tez qırılmağa başlayır, vizual olaraq da parlaqlığını itirir və gücsüz
görünür. Bu vitaminlə bol olan məhsullar: Portağal, qreyfrut, naringi,
kivi, brokoli, çiyələk və pomidor.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!