Dəriniz yaşlanmasın

Dəriniz yaşlanmasın
Saç və Dəri baxımı
10.09.2017 7
Bu meyvə əsasən quru dəriyə çox gözəl effekt verir.

Sızma zeytun yağının içinə avokado doğranılır və bir neçə aydan sonra avokado yağını üz dərisinə rahatlıqla çəkmək olar.

Bu
meyvənin tərkibindəki sink, dəmir, kalsium, maqnium, A və E vitamini
dərinin cavan qalmasını təmin edir. Avokadodan hazırlanmış maska dərinin
balansını, yumuşaqlığını, təravətini qoruyur. Həmçinin mimik qırışları
və ləkələrin aradan qalxmasına kömək edir. Həftədə 3 dəfə dəriyə tətbiq
edilsə, 2 həftəyə öz effektini göstərəcək.

Avokadonun bu  maskası da quru dərilərə çox gözəl effekt verəcək.

30
qram dəymiş avokado əzilir, 30 qram kök rəndənin xırda gözündən
keçirilir, 1yumurta sarısı da əlavə edilir. 1ç.q qaymaq və bal
qarışdırılıb 20 dəqiqəlik üzdə saxlanılır, sonra ilıq su ilə yuyulur.
Sonda üzə təbii yağlardan biri çəkilir.

Quru dəri çox qıcıqlanırsa, dartılırsa

3ç.q dəymiş avokado, 1ç.q zeytun yağı. Qarışdırlır üzə yaxılır. Dəri incə, yumşaq olacaq.

Dəri yağlıdırsa və qara nöqtələr çoxdursa

30 qr yumşaq avokado

Yumurta ağı

Limon suyu (1ç.q)

İnqridientlər
qarışdırılır, üzə çəkilib 15-20 dəqiqə saxlanılır. Sonra ilıq su ilə üz
yuyulur. Dəridə artıq piy parıltısı olmayacaq və dəri məsamələri
açılacaq.

Dərini qidalandırmaq üçün

Əzilmiş
30 qr avokado, təzə qatıq və bal, hərəsi 1ç.q götürülür. Məhlul
qarışdırılır və düyü unu əlavə edilir. 20 dəqiqə saxlanılır və ilıq su
ilə yuyulur.

Yorğun dərilər üçün

Əzilmiş 50 qr avokado, 1ç.q bal qarışdırılır, üzə çəkilir. 15 dəqiqədən sonra yuyulur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!