Dəri problemlərindən azad olmaq üçün ucuz və təsirli vasitə

Dəri problemlərindən azad olmaq üçün ucuz və təsirli vasitə
Saç və Dəri baxımı
10.09.2017 9
Müasir dünya farmasevtik sənayesi hər il yeni-yeni dərman preparatları istehsal edir. 



Lakin
bəzi köhnə və ucuz vasitələr var ki, bu vasitələr çox yaxşı müalicəvi
effekt verir və hətta bahalı müasir prepartalarından da effektlidir. 



Bu
vasitələrdən biri kükürd məlhəmidir. Kükürd məlhəmi köhnə və sınanmış
müalicəvi vasitədir. Bu məlhəmin tərkibi çox sadədir - vazelin, su və
kükürd. Kükürd insan toxumalarına daxil olan makroelementdir. Beləliklə,
bu maddə insan orqanizmi üçün yad deyil və bu səbəbdən kükürd
məlhəminin istifadəsi zamanı allergik reaksiyaların inkişafının riski
daha azdır. 



Kükürd
məlhəmi ifadə olunmuş antiseptik və iltihabəleyhinə təsirinə malikdir.
Bu məlhəm psoriaz, qotur, dermatit, civzələr, irinli səpgilər kimi dəri
problemlərini həll etməyə kömək edir. 



Bundan əlavə kiçik yaralar, sıyrıntılar və s. kimi dəri zədələnmələri kükürd məlhəmin köməyi ilə daha tez sağalır. 



İrinli səpgilər zamanı kükürd çox yaxşı müalicəvi təsir edir - səpgiləri qurudur, iltihabı aradan qaldırır. 



Məlhəmi yalnız səpgilərin üzərinə çəkmək lazımdır - bütün üz dərisinə yox. 



Nadir
hallarda olsa da kükürd məlhəmi allergik reaksiyalara səbəb olur (daha
doğrusu bu məlhəmə qarşı fərdi dözümsüzlükdür). Bu zaman məlhəm çəkilmiş
yerdə yandırma hissi, qaşınma, qızarma mümkündür. Bu səbəbdən məlhəmi
istifadə etdikdən əvvəl test edin - məlhəmi qulağın arxasına çəkin. Əgər
2 saatdan sonra dəridə qızarma, qaşınma və s. yoxdursa, məlhəmi
istifadə edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!