Payızda saçlara necə qulluq etmək lazımdır?

Payızda saçlara necə qulluq etmək lazımdır?
Saç və Dəri baxımı
10.09.2017 2
Yaydan
sonra saçlarınız necədir: ucları haçalanıb, tez qırılır, parlaqlığını
itirib? Bunları aradan qaldırmaq üçün bir neçə məsləhətə əməl edin.



1. Haçalanmış uclardan xilas olmağın ən sadə üsulu bərbərə getmək və saçın uclarını kəsdirməkdir.



2.
Quru saçları hər gün yumaqla yaxşı nəticə əldə etmək olmaz, əksinə,
çalışın bunu 3-4 gündənbir edəsiniz. Şampun seçərkən bitki tərkibli
şampunlara üstünlük verin, bu cür şampunlar saçlarınızın quruluğunu
aradan qaldıracaq.



3. Başınızın dərisini yüngül hərəkətlərlə masaj edin. Bu, qan dövranını yaxşılaşdıracaq və saçlarınız daha yaxşı qidalanacaq.



4.
Hər dəfə saçlarınızı yuduqdan sonra müxtəlif maskalardan və
kondisionerlərdən növbə ilə istifadə edin. Yaddan çıxarmayın ki,
maskaları və şampunları seçərkən saçınızın növünü (quru, yağlı, normal)
nəzərə almalısınız.



5.
Pivə ilə suyun yarı-yarıya qarışığından hazırlanmış losyonla və yaxud
limon şirəsi əlavə edilmiş su ilə saçlarınızı yaxalayın. Bu cür
prosedurlar saçlarınıza parlaqlıq verəcək.



6. Saçlarınızı qurulayarkən yumşaq dəsmallardan istifadə edin və suyu dəsmala sadəcə hopdurun.



7.
Tərkibində badam və qoz yağı olan şampunlar günəş şüalarından qurumuş
saçları nəmləndirir. Əgər saçlarınız həddən artıq quruyubsa, gündə 2-3
dəfə 1 xörək qaşığı (x/q) qarğıdalı yağı için. Bu, saçlarınızın normal
rəngini və keyfiyyətini bərpa edəcək.



8. Kəpəyə qarşı mübarizənin yeni metodları 



Dünyada
hər üç qadından biri kəpəkdən əziyyət çəkir.Başda daimi yaşayan göbələk
münbit şəraitə düşdükdə sürətlə artmağa başlayır və bu da kəpəyin
yaranmasına gətirib çıxarır. Münbit şərait dedikdə stress halları,
müxtəlif pəhrizlər, xəstəlik və s. başa düşülür. Bir sözlə, orqanizmdə
immunitetin zəifləməsi başda kəpəyin çoxalmasına səbəb olur. Bəzi
hallarda kəpək orqanizmdə yetərincə su olmadıqda əmələ gəlir. Bu zaman
sadəcə gündə 1,5-2 litr su içməklə kəpəyin əmələ gəlməsinin qarşısını
almaq olar.



Kəpəkdən
xilas olmaq üçün yalnız kəpəyə qarşı şampun kifayət etmir. Hər şeydən
əvvəl yemək rasionunuza diqqət yetirməlisiniz. Qızardılmış, duzlu, şirin
yeməkləri azaltmalı, tərkibində B vitamini olan ərzaqlardan gündəlik
menyunuzda istifadə etməlisiniz. Bu ərzaqlara banan, ciyər, qoz, kök və
s. aiddir. Əgər kəpək həddən artıq çoxdursa, kosmetoloqa müraciət edin.
O, sizə saçınıza uyğun hazırlanmış xüsusi şampunlar təklif edə bilər.
Bundan əlavə, xalq təbabətinin köməyindən də istifadə edə bilərsiniz:



1.
50 q soğan qabığını 1 litr qaynar suda 20-30 dəqiqə müddətində dəmləyib
saçlarınızı yuduqdan sonra yaxalayın. Amma nəzərdə saxlayın ki,
açıqrəngli sacların rəngi dəyişə bilər. 



2. 1:1 nisbətində spirt və su qatışığına aloye şirəsi əlavə edin, başınızın dərisinə sürtün. 



3. 100 q gicitkəni 100 q suda dəmləyin, saçlarınızı yuduqdan sonra yaxalayın.



4.
2 çay qaşığı çobanyastığını 1 litr suda 5 dəqiqə qaynadın. Həftədə 2-3
dəfə bu məhlulla saçlarınızı yuyun. Müalicə kursu 10-15 dəfədən
ibarətdir. 2-3 həftədən sonra təkrar edə bilərsiniz. 



Payızda saçtökülmənin qarşısını necə almalı?

1.1
x/q spirtlə 1 yumurtanın sarısını çalın və saçlarınızın dibinə sürtün.
40 dəqiqə gözlədikdən sonra əvvəl isti su, sonra dəmlənmiş çobanyastığı
ilə yaxalayın. 



2.1
x/q bal, 1 x/q aloye şirəsi, 1 ç/q sarımsaq şirəsini qarışdırın. 1
yumurtanın sarısını əlavə edin və başınızın dərisinə sürtün. 20 dəqiqə
saxlayıb şampunla yuyun. Gicitkən dəmləməsi ilə yaxalayın. Bunu bir ay
müddətində həftədə 2-3 dəfə etdikdə saçlarınızın tökülməsi dayanacaq. 



3.Yeməyinizə fikir verin. Vitamin çatışmazlığı da saçların tökülməsinə səbəb olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!