Qliserinlə üz maskaları - Yumşaq, zərif dəri

Qliserinlə üz maskaları - Yumşaq, zərif dəri
Saç və Dəri baxımı
10.09.2017 23
Qliserin bir çox kosmetik vasitələrə - krem, maska və s. daxil edilir.

Soyuq fəsillərdə dəri tez-tez quruyur, çatlayır, qabıq verir. Bu
vəziyyətdə qliserinlə olan maskalar sizə çox yaxşı kömək edəcək.
Qliserin dərini daha yumşaq və təravətli edir, çox yaxşı nəmləndirir,
dərinin cavanlığını qoruyur.

Qliserin iysiz, şəffaf mayedir. Qliserin çox ucuz vasitədir, onu istənilən aptekdə tapmaq olar.



Qliserinlə maska reseptləri:

- 1 çay qaşığı qliserin, 1 çay qaşığı bal, 1 çay qaşığı yulaf yarması
unu (yulaf yarmasını qəhvəüyüdəndə üyüdün), 1 xörək qaşığı suyu yaxşı
qarışdırın. Maska çox qatı alınarsa, bir qədər su əlavə edin.

Maskanı təmiz üz dərisinə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

 

- 1 limon dilimini blenderdə xırdalayın, 1 çay qaşığı qliserin, 2
xörək qaşığı su, 1 yumurta sarısı, 1 çay qaşığı yağlı xama əlavə edin və
yaxşı qarışdırın. Maskanı üz dərisinə çəkin və 15 dəqiqədən sonra
yuyun.

 

- Dəriniz çox qurudursa, belə maskadan istifadə edin: kiçik kartofu
qabıqla bişirin, əzin, 1 xörək qaşığı ilıq süd, 1 çay qaşığı zeytun
yağı, 1 çay qaşığı qliserin, 1 kapsul E  vitamini (apteklərdə satılır)
əlavə edib yaxşı qarışdırın. Maskanı üz dərisinə çəkin və 15 dəqiqədən
sonra ilıq su ilə yuyun.

Nəzərinizə çatdıraq ki, qliserinlə olan maskaları havası çox quru
olan otaqda etmək olmaz. Bu halda maska lazım olan effekt verməyəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!