Gəncləşdirən, dərini par-par parıldadan 2 alma maskası

Gəncləşdirən, dərini par-par parıldadan 2 alma maskası
Saç və Dəri baxımı
10.09.2017 55
Alma
dəridən ölü hüceyrələri təmizləmək sızanaqlar, qara nöqtələrdən xilas
olmanıza köməkçi olan bir meyvədir.Bu gün sizlərə almadan hazırlanan 2
gözəl maskanı təqdim edirəm əziz xanımlar.Təqdim etdiyim maska hər növ
dəri üçün nəzərdə tutulub.

 

Maska 1

Ərzaq

yarım alma

1 yemək qaşığı ilıq süd

1 yumurta sarısı

1 yemək qaşığı yulaf əzməsi (bir gün suda saxlanılır)

 

Hazırlanması

Almanı blendırdan və ya robotdan keçirib püre halına gətirin.İçinə otaq istiliyindəki süddən əlavə edin və qarışdırın.Daha sonra yumrta sarısını da qatıb yaxşıca qarışdırın.

Qarışığın
bir az çox sulu  olduğunu görsəniz, axşamdan suda isladılmış yulaf
əzməsini əlavə edə bilərsiniz.Daha sonra üzünüzə maskanı çəkib 10-15 dəqiqə gözlədin və iliq su ilə  yuyun.



Maska 2

Ərzaq

yarım alma

1 çay  qaşığı bal

1 çay qaşığı limon suyu

1 çay  qaşığı un

 

Hazırlanması



Almanı blendırdan və ya sürtgəcdən keçirib püre halına gətirin.İçinə bal və limon suyu əlavə qarışdırmağa davam edin.Daha sonra unu əlavə edib yaxşı qarışdırın və üzünüzə çəkib 15 dəq gözlədikdən sonra iliq su ilə yuyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!