Saçı tökülən hər kəs oxusun

Saçı tökülən hər kəs oxusun
Saç və Dəri baxımı
10.09.2017 13
Son vaxtlar saç tökülməsi əhali arasında ən çox yayılmış problemlərdən biridir.



İlk
olaraq saç tökülməsinin səbəblərindən danışan həkim bildirib ki,
onların arasında hormonal balans, əksərən irsi olaraq keçən zob, şəkər,
eləcə də mədə-bağırsaq xəstəlikləri, xoralar, parazital və qurd
xəstəlikləri var. Bundan başqa həddən artıq medikamentoz müalicə - uzun
müddət antibiotikdən istifadə, arıqlama prosedurları aparan insanlarda
saç tökülmə mütləq baş verir: "Son vaxtlarda stress, əsəb, gərgin həyat
tərzi, bununla yanaşı, düzgün qidalanmamaq, vitamin balanssızlığı da saç
tökülməsinə gətirib çıxarır. Bu, immun sistemi ilə də bağlıdır. Zobu və
ya parazital xəstəliyi olan birinin saçı tökülməyə bilər. Lakin bir
müddət keçdikdən sonra orqanizmdə vitamin balansı və immun sistemi
zəifləyir və mütləq saç tökülmələr müşahidə olunur. Saçlarda alopesiya,
yağlı, duru sebariyalar, bəzən görürsən saç dibində sanki şama bənzər
qalınlaşmış sebariyalar, saçın dibində həddən artıq gərginləşmə,
yağlılığın çoxalması, qırılma, codlaşma baş verdikdə onlar tökülməyə
başlayır”.

M.
Qəhrəmanova bu cür hallarda saçların təbii müalicə edilməsini məsləhət
görür. O qeyd edir ki, saç əkilmə proseduru çox yayılsa da, bu, son
nöqtədir və müvəqqətidir. Həkimin sözlərinə görə, orqanizmin öz gücünə,
öz hormonları ilə yaranan saçlar qalıcı və uzunmüddətli olur: "Əkilən
saçlar daha sonra uzun müddət qulluq və müalicə metodları tələb edir.
Təbii artan saçların təbii vasitələrlə müalicəsi daha effektiv nəticə
verir və qalıcı olur. Çünki orqanizm öz balansını tənzimləyir, öz gücünə
görə yetişə bilir. Saçın müalicəsi ən azı 3 aya qədər aparılır. Bir ay,
ay yarıma saç müalicə olunmur”.

Sirr
deyil ki, insanın genetikasından tutmuş irsiyyəti, xəstəlikləri, yaşı,
cinsiyyəti saç analizi ilə müəyyən edilə bilər. Hətta DNT testi belə,
saçla aparılır. Buna səbəb isə saçın insan orqanizmində ayrıca bir
mikroorqanizm olmasıdır. Həkim deyir ki, məhz buna görə saç tükünün
dibində olan follekulun normal və sağlam olması üçün həm daxili
orqanların mühüm rolu var, həm də yerli müalicələrin: "Bizim
hazırladığımız təbii üsullarla müalicələr yeni tüklər əmələ gətirir,
tökülən tüklərin qarşısını alır, saç dibində olan qaşınma, səpkini
aradan qaldırır. Bəzi xəstələr uzun müddət şampun daxil olmaqla müxtəlif
yuyucu vasitələrdən istifadə edirlər, lakin heç bir nəticə əldə
etmədiklərini bildirirlər və ümidsiz halda bizə müraciət edirlər. Biz
müalicəyə daxili orqanlardan başlayırıq. Parazital xəstəlik varsa,
bədəndən təmizləyirik. Kiçik yaşlı uşaqlarda kirpiyin, qaşın tökülməsi,
tam keçəlləşmə hallarına rast gəlinir. Bu problemi də 100 faiz həll
edirik. Biz müalicələri ev şəraitində aparırıq. Əgər müalicə kompleks
formada və düzgün, dəqiq aparılarsa, effektiv nəticə almaq mümkündür”.

Boyanmış saçların tökülmə ehtimalı

Qadınların
çoxu saçlarını rənglədikdən sonra tökülmə, quruma, qırılma və
uzanmadığından şikayət edirlər. Buna səbəb isə kimyəvi qarışıqlar və
kimyəvi yuyucu şampunlardır. Bəzən saç dibində allergik reaksiyalar
olması saç boyalarından sonra ola bilir. M. Qəhrəmanova bunun qorxulu
olmadığını deyir: "Rənglənmiş boyalı saçlara düzgün qulluq olunarsa, heç
bir problem yaranmaz. Saçlarını boyamaq istəyən xanımlar amonyaksız
boyalardan istifadə etsinlər. Çünki amonyak saç diblərini qidalandırmağa
mane olur və qırılma, tökülməyə gətirib çıxarır. Eyni zamanda həmin
insanlarda daxildə vitamin balansı da normal olmalıdır. Kifayət qədər
mineral qəbul etmək lazımdır. Çünki saç mikroorqanizmi ən çox
minerallarla qidalanır. Saç özü kiçik bir orqandır. Orada hormon,
kollagen, zülal sintez olunur. Orqanizmdə vitamin balansı zəifdirsə,
sink, dəmirin çatışmazlığı saçların qırılması, ağarması və tökülməsinə
gətirib çıxarır”.

Hamilə
qadınlarda və doğuşdan sonra saç tökülməsi də tez-tez rast gələnin
hallardandır. Bunun təbii hal olduğunu vurğulayan həkim səbəbi daxili
orqanlardakı problem, stress, həmçinin vitamin balansının azalması,
immun sisteminin aşağı düşməsi, zəifləməsi, uşaq və ananın normal
qidalanmamasında görür: "Saça lazım olan balans orqanizmdə varsa, o, saç
tökülmür. Amma bəzən doğuşdan sonra orqanizm zəifləyir, qan itirilmiş
olur, ananın uşağa süd verməsi, immun sistemi, mədə-bağırsaq sistemi
xəstəlikləri də saçın tökülməsinə səbəb olur. Bunları bərpa etmək üçün
düzgün istiqamətdə dəqiq diaqnoz qoyulmalı və müalicə edilməlidir”.

M.
Qəhrəmanova hər bir halda tökülmüş saçın yenidən çıxmasının mümkün
olduğunu deyir. Əgər dəri sağlamdırsa, saç follekulunu yenidən
yetişdirmək mümkündürsə, saçlar mütləq çıxır. Saçda yeni tüklərin əmələ
gəlməsi istənilən yaş dövründə mümkündür: "Müəyyən yaş dövrü var ki,
ondan sonra saçın bərpası o qədər də mümkün deyil. Amma 50 yaşa qədər
saçın bərpası 100 faiz mümkündür. 50 yaşdan sonra tökülməni dayandırıb,
bir qismini bərpa etmək olur. Çünki ümumi orqanizmdə qocalıq gedir”.

Saçlarının
uzanmamasından şikayət edənlər də az deyil. Həkim qeyd edir ki, düzgün
müalicə, düzgün qidalanma olarsa, daxili balans normaya düşərsə, saç
lazım olan minerallarla təmin olunarsa, saçların uzanması mümkündür:
"Saçların tökülməməsi üçün ilk növbədə qulluq lazımdır. Yerli-yersiz
tez-tez saçı yumaq olmaz. Lazımi dərəcədə düzgün qidalanma mütləq
şərtdir”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!