Saçı tökülməyə qoymayan pomidor maskası

Saçı tökülməyə qoymayan pomidor maskası
Saç və Dəri baxımı
10.09.2017 10
Saç tökülməsi həm qadınları, həm də kişiləri narahat edən problemdir. 



Yay
mövsümünün ən faydalı tərəvəzlərindən biri olan pomidordan istifadə
edərək bu problemə əlac tapa bilərsiniz. Bu maska saç tökülməsinin
qarşısını alır, saçı nəmləndirib qidalandırır. 



Maskanın
tərkibindəki kakao isə antioksidant xüsusiyyətə malikdir. Saçları
zərərli şüalardan qoruyur, həmçinin saça parlaqlıq və həcm qazandırır. 



Tərkibi:

1 ədəd pomidor 

2 qaşıq kakao 

2 qaşıq jojoba yağı 



Maska:

Pomidoru rəndələyin və ya blenderdən keçirin. Üzərinə jojoba yağı və kakao tozunu əlavə edib qarışdırın. 



Maskanı dairəvi hərəkətlərlə saç diblərinizə yedizdirin. Daha sonra bütün saça bu qarışımdan çəkin. 



Başınıza selofan papaq qoyaraq 20-30 dəqiqə gözləyin. Daha sonra saçınızı yuyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!