Qüsursuz dəriyə sahib olmaq istəyirsinizsə...

Qüsursuz dəriyə sahib olmaq istəyirsinizsə...
Saç və Dəri baxımı
10.09.2017 12
Hər zaman gənc qalmaq, parlaq və qüsursuz dəriyə sahib olmaq bütüb qadınların xəyalıdır.

Sizi arzuladığınız o qüsursuz dəriyə qovuşduracaq məsləhətlər təqdim edirik.

Üzünüzü gur təzyiqli su ilə yuyun. Bu cür qəbul edilən duş ofislərin yol açdığı dəri stressini azaldır.

C vitamin tərkibli dəri baxım məhsulları qan dövranını və kollagen ifrazını hərəkətləndirdiyindən bu məhsullardan istifadə edin.

Ayaqlarınızın
barmaq ucları üzünüzə siqnal göndərir. Alnınızda yaranacaq qırışların
qarşısını almaq üçün ayaq barmaqlarınızın üst qisminə müntəzəm olaraq
barmaqlarınızla möhkəm basın.

Proteinli və bitki tərkibi olan nəmləndirici kremlərlə mütəmadi olaraq dərinizi nəmləndirin.

Üzünüzü
həftədə iki dəfə kremləyərək 5 dəqiqəlik masaj edin. Bunun üçün
barmaqlarınızdan istifadə edərək oval hərəkətlərlə çənədən yanaqlara,
alnın ortasından bayıra doğru, burun yanlarından alnın ortasına doğru
enib çıxaraq masaj edin. Ağzınızın ətrafını yuxarı doğru hərəkətlərlə
ovun.

Gecə
saat 1-dən əvvəl gözəllik yuxusuna getməyi unutmayın. Bədənimiz ilk
yuxu saatlarında gecə yarısına doğru böyümə hormonları ifraz edir və bu
hormonlar hüceyrə yenilənməsini hərəkətləndirir.

Dörd damcı limon suyu və iki damcı ardıc yağını iki litr qaynar suya qoyun. Özəl üz dəsmalınızı bunun içinə salıb üzünüzə vurun.

E
vitamin tərkibli kremlər hüceyrələrin gərginliyini azaldır.
Ultrabənövşəyi şüalar, nikotinin yaratdığı sərbəst radikallar dərinin
vaxtından əvvəl yaşlanmasına səbəb olur. E vitamin dərini bu zərərli
təsirlərdən qoruyur.

Yanaqların
dərisini gərginləşdirmək üçün gimnastika etmək lazımdır. Bunun üçün
ağzınızı yumun, yanaqlarınızı içəriyə doğru çəkdikdən sonra əllərinizin
köməyi ilə yavaş-yavaş gərin.

Kartof
masajı dərini yeniləyir və dincəldir. Əvvəlcə çiy kartof dilimlərini 10
dəqiqə soyuducuda saxlayın. Dəri təmizliyi etdikdən sonra soyulmuş
kartof dilimləri ilə dərinizə masaj edin. 15 dəqiqə boyunca kartofun
suyunu dəri tam özünə çəkdikdən sonra üzünüzü yuyun.

Duru,
yumşaq bir dəri üçün AHA komplekslərinə müraciət etmək lazımdır. Bu
adla tanınan meyvə turşuları dəri hüceyrələrinin yenilənməsinə kömək
edir. Həm də qidalandırıcı yağ tərkiblidir.

Oksigen maskası ilə hüceyrələrin oksigen qəbulu 10 dəqiqə içində yoğunlaşır. Nəticə olaraq dəri təzə və sağlam görünüş qazanır.

Maska nəmləndiricilərdən istifadə edin. Lipoozuom maskaları da qidalandırıcıdır. Dərinin alt təbəqələrinə də təsir edir.

Narıncı
işıq hüceyrələri canlandırır, mavi oksigen qəbulunu artırır. Sarı işıq
dərini ölü hüceyrələrdən təmizləyir. Rəngli işıq müalicəsini ancaq
gözəllik mərkəzlərində ala bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!