Qırışlar əlehinə krem

Qırışlar əlehinə krem
Saç və Dəri baxımı
10.09.2017 28
Qırışlar əleyhinə olan yaxşı kremlər əksər hallarda çox bahalı olur və hər qadın onları əldə edə bilmir.

Ev şəraitində adi təbii məhsullardan ucuz və eyni zamanda çox effektli
anti-age (qocalıq əleyhinə) kremlər hazırlamaq mümkündür.

Sizə qırışlar əleyhinə krem resertini təqdim edirik. 



İnqrediyentlər:

- 1/2 çiy yumurtanın sarısı (kənd yumurtası olmalıdır)

- 1 xörək qaşığı yaxşı zeytun yağı

- 1 çay qaşığı təmiz bal

- 1 çay qaşığı dəniz duzu (qəhvəüyüdəndə toz halına çatdırın)

- 1 xörək qaşığı kosmetik vazelin (apteklərdə satılır).

 

Hazırlanması:

Bütün
inqrediyentlər yaxşı qarışdırılır və təmiz üz dərisinə gündə 2 dəfə -
səhər və axşam - adi krem kimi çəkilir. 20 dəqiqədən sonra kremin
artıqlarını steril salfetlə ehtiyatla silin. Kremi kiçik şüşə qabında
soyuducuda saxlayın.

Krem
təbii inqrediyentlərdən hazırlanıb və bu səbəbdən onu uzun müddət
saxlamaq mümkün deyil. Kremi 1 həftədən çox istifadə etməyin. Artıq
qalan kremi tullayın və yeni porsiyanı hazırlayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!