Dabanları yumşaq və hamar edən sadə vasitə

Dabanları yumşaq və hamar edən sadə vasitə
Saç və Dəri baxımı
10.09.2017 12
Nahamar, quru dabanlar bir çox insanları narahat edir. 



Dabanları hamar və yumşaq etmək üçün bu sadə üsuldan istifadə edin. 



Ayaqlarınızı soda əlavə olunmuş isti vannada 20 dəqiqə ərzində saxlayın. 1 l su üçün 1 xörək qaşığı soda götürülür. 



Daha
sonra ayaqlarınızı daban daşı və ya xüsusi şotka ilə təmizləyin, sonra
soyuq su ilə yaxalayın. Nəzərinizə alın, ki bir dəfəyə bütün codlaşmış
dərini təmizləmək olmaz, bunu 

tədricən
bir neçə gün ərzində etmək lazımdır. Əks halda təzə əmələ gəlmiş dəri
daha da cod olacaq. (Dabanlarda dərin ağrılı çatlar varsa, daban daşı
istifadə olunmur - bu vəziyyəti daha da korlayacaq. Əvvəl çatları
müalicə etmək lazımdır.) 



2
xörək qaşığı qliserin (apteklərdə satılır) 2 xörək qaşığı 9%-li üzüm və
ya alma sirkəsi ilə qarışdırın. Qarışığa pambıq disk batırın və
dabanlara və pəncələrin dərisinə çəkin. Sonra pəncələri plyonka ilə
bükün və pambıq corab geyinin. Bu maskanı axşam yatmazdan əvvəl edin və
səhərə kimi saxlayın. Səhər ayaqları ilıq su ilə yuyun və istənilən
nəmləndirici krem çəkin. 4-5 belə prosedurdan sonra dərinizin vəziyyəti
xeyli yaxşılaşacaq. Prosedurları hər gün etmək olar. 



Dərinin vəziyyəti yaxşılaşdıqdan sonra bu maskanı həftədə 1 dəfə etmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!