Evinizdə saç rəngləmə üsulları

Evinizdə saç rəngləmə üsulları
Saç və Dəri baxımı
10.09.2017 11
Saçı rəngləyən zaman nələrə diqqət etməliyik?




Günəş şüaları, saça qulluq kremləri və saçınıza daha əvvəl tətbiq
etdiyiniz rənglər, tətbiq etdiyiniz rəngləmə əməliyyatının nəticəsinə və
müddətinə təsir edəcəyindən indi saç tutam testini hər dəfə saçlarınızı
rəngləmədən əvvəl mütləq etməlisiniz.




Hər dəfə saçınıza tətbiq etdiyiniz rəngi, etmiş olduğunuz saç tutam
testi nəticəsində təyin olunan müddət qədər gözlədin. Heç bir zaman
təsirini göstərmədən əvvəl rəngi təmizləməyin. Əks halda saçınızda
gözlənilməyən  rəng fərqliliklərinə səbəb olarsınız.




Saç rənginin, saçınızdan üzünüzə və boynunuza  keçməsini istəmirsinizsə
qulaqlarınızın ətrafına, saçlarınızla üzünüzün birləşdiyi bölgələrə bir
az vazelin sürtün.Niyə?Çünki vazelin hava keçirməz  olduğundan rəngin
dərinizdə ləkə buraxmasına maneə törədər.




Saçınız uzun və ya qalındısa, seçmiş olduğunuz rəng tonundan iki qutu
istifadə edin. Hər saç telinin rəngi yaxşıca əmməsi, saçınızın tamamilə
və homogen olaraq rənglənilməsi və canlı bir rəngə sahib olması üçün
əhəmiyyətlidir.




Saçınızı rənglədikdən sonra əldə etdiyiniz rəngin daha uzun müddətli
olmasını istəyirsinizsə dəniz və ya hovuza girdikdən sonra saçlarınızı
mütləq durulayın. Xlor və dəniz duzu saçınızda uzun müddət qalsa saç
rənginiz parlaqlığını itirə bilər.



 Rəngləmə sonrası:


Rəngli saçlar üçün istifadə edilən şampunlar, saç rənginizi daha yumşaq
və təbii göstərər. Adi şampunlar saçınızın rəngini aça  və təbii nəmini
itirdə bilər.




Saçınızı rənglədikdən sonra pH dəyəri aşağı olan saç kremi istifadə
etməyiniz saçınızı qoruyar və təbii yumşaqlığına və parlaqlığına
qovuşmasına köməkçi olar.




Saçınız uzandıqca, rəng aktivləşdirici istifadə edərək saçınızın təbii
rəngini rəngli qisimə uyğun şəkildə rəngləyə bilərsiniz.




Şampunlandıqdan sonra saçınızı hər vaxt qurulamayın . Fenlə həddindən
artıq qurutmayın. Saçınızı həddindən artıq qurutmanız nəm itirməsinə və
pis görünməsinə gətirib çıxarar.



• Saçınız yaş olarkən əsla daramayın. Saçınızı geniş dişli bir daraqla saç uclarından saç diblərinə doğru yumrulayaraq darayın.



• Mineral su, saçınızı zərərli hovuz kimyəvilərindən qoruyar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!