Kürəkdəki sızanaqlar üçün sınanmış maskalar

Kürəkdəki sızanaqlar üçün sınanmış maskalar
Saç və Dəri baxımı
10.09.2017 8
Kürəkdəki Sızanaqlar Üçün Sınanmış Maskalar.

 

Kürəkdəki
sızanaq səbəbləri arasında; gigiyena olmaması,  məsamələrin tıxanması,
hamiləliktəki hormonal dəyişikliklər, genetik uyğunluq, həddindən artıq
yağlı, duzlu və qızardılmış yeməklər, stress, yer alır.

 

Yulaf əzməsi və bal Maskası

Yulaf əzməsi dərinizi çox yağdan təmizləyərək, sızanaq meydana gəlməsini önləyər.

1 stəkan yulafa  bir az su qatıb qaynadın, daha sonra soyumağa buraxın.

İçinə 1 yemək qaşığı bal əlavə edib, yaxşıca qarışdırın, və kürəyinizə sürtün.

20 dəqiqə qalsın, soyuq suyla yuyun.

 

Pomidor Maskası

A və C vitamini zəngini olan pomidor kürəyinizdəki sızanaqlara şəfa ola bilər!

Pomidoru kiçik kiçik kəsib, blenderdan keçirin.

Kürəyinizdə sızanaq  olan yerə tətbiq edin.

Yarım saat sonra yuyun.

 

Nanə Maskası

Anti-iltihab
xüsusiyyətləri ilə,  nanə kürəyinizdəki sızanağın yayılmasını önləyəcək
və qaşıntı hissini azaldır. Nanə suyunu  kürəyinizdəki sızanaqlara
masajla yedirin.

15 dəqiqə gözlədikdən sonra, bölgəni yuyun.

 

Gül suyu və Limon Suyu Maskası

Limon dərinizdəki çox yağı əmər.

Bərabər nisbətdə limon və gül suyunu qarışdırın, pambıq köməyi ilə kürəyinizə sürtün.

1 gecə qalsın, ertəsi səhər yuyun.

 

Darçın Və Bal Maskası

Antibakterial gözlərə sahib olan darçın, sızanağı  təbii yoldan müalicə edər.

1 çay qaşığı toz darçın ilə 2 yemək qaşığı balı qarışdırın, istəsəniz içinə bir az  limon suyundan əlavə edin

Kürək sızanaqlarına sürtüb, 15-20 dəqiqə sonra yuyun.

 

Alma Sirkəsi və Su Maskası

Bərabər nisbətdə alma sirkəsi ilə suyu qarışdırın.

Kürəyinizdəki sızanaqlara sürtüb 15 dəqiqə gözləyin.

Sonra yuyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!