Gül suyu

Gül suyu
Saç və Dəri baxımı
10.09.2017 10
Gülab
dərini möhkəmləndirməklə yanaşı, onu gəncləşdirən, məsamələri daraldan,
sızanaq və qara nöqtələri təmizləyən ən təsirli vasitələrdən biridir.

Üstəlik, gülabın təbii məhsul olması onu tonik və losyonlardan qat-qat güclü vasitəyə çevirir.

Ən faydalı gülab maskalarını təqdim edirik:



Dərini nəmləndirən maska

3 damcı gül yağını yarım limonun şirəsi, 5 xörək qaşığı gülab, 5 xörək qaşığı mineral su ilə qarışdırın.

Bu
qarışığı bir şüşəyə doldurun. Hər səhər-axşam pambığı gülab qarışığına
bulayıb dərinizə çəkin. 15 dəqiqə gözləyib üzünüzü soyuq su ilə yuyun.



Ölü dəri hüceyrələrini təmizləyən maska

1
xörək qaşığı mineral su, 1 xörək qaşığı gülab, 1 çay qaşığı türk
qəhvəsi çöküntüsü ilə bir az su və zeytun yağını qarışdırın. Bu
qarışıqla dərinizi 3 dəqiqə masaj edin. Daha sonra soyuq su ilə
təmizləyin. Bu maskanı həftədə 1 dəfə çəkmək kifayətdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!