Parlaq saçlar vəd edən salat resepti

Parlaq saçlar vəd edən salat resepti
Saç və Dəri baxımı
10.09.2017 17
Saçlarınızın
parıldamasını istəyirsinizsə, yalnız qulluqla kifayətlənməyin.
Yediklərinizi diqqətli seçərək qısa müddətdə gur, parlaq və sağlam
saçlara sahib ola bilərsiniz.

 

Oksford
Universitetinin professorlarının apardıqları araşdırmalar qida
menyusunda avokado, zeytun yağı, müxtəlif göyərtilər, qızıl balıq və
badam kimi qidaların üstünlük təşkil etdiyi insanların saç problemi
yaşamadığını müəyyənləşdirib.

 

Mütəxəssislər
bildirir ki, bu qidalar həftədə ən azı 3-4 dəfə yeyilməlidir. Üstəlik,
hamısını eyni vaxtda qəbul etdikdə təsiri daha güclü olur.

Bu salatı xörəklərin yanında və ya qəlyanaltı zamanı yemək olar.

 

Tərkibi:

200 qram qızıl balıq filesi

2 çay qaşığı zeytun yağı

1 dəstə tərə

Yarım avokado

1 çay qaşığı sirkə

15 ədəd badam

Yarım stəkan qabıqdan təmizlənmiş günəbaxan tumu

Zövqə görə duz və qara istiot



Hazırlanması:

Zeytun yağını duz və istiotla qarışdırın. Qızıl balığı bu qarışığa bulayıb tavada qızardın. 

Kənarda böyük bir boşqaba əlinizlə iri-iri hissələrə ayırdığınız tərələri tökün.

Tərəni bıçaqla doğramaq məsləhət deyil, çünki bu göyərtiyə bıçaq dəyəndə onun tərkibindəki bir çox dəyərli maddə itir.

Badamı və dilim-dilim doğranmış avokadonu tərənin üzərinə əlavə edin. Bişmiş balığı avakadonun üzərinə 

yerləşdirin. Sonda, günəbaxan tumu və sirkəni əlavə edin.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!