Genişlənmiş məsamələri daraldan effektli maskalar

Genişlənmiş məsamələri daraldan effektli maskalar
Saç və Dəri baxımı
10.09.2017 9
Dəri  məsamələrinin böyüməsi bu gün bir çox xanımları narahat edən əsas gözəllik problemidir.

Dəri
məsamələrinin böyüməsi bir neçə amildən asılıdır. Bu, keyfiyyətsiz
kosmetika, stress, qeyri-düzgün qidalanma, genetik, yaxud da yaşla
əlaqədar yaranır. Qeyd edək ki, dəri məsamələri əsasən 35 yaşdan sonra
böyüməyə başlayır.

 

Lakin
ciddi narahatçılığa əsas yoxdur, bu problemlə mübarizə aparmaq olar.
Sadəcə olaraq, dəri məsamələrinin kiçilməsi üçün səbir və  vaxt tələb
olunur. Biz bu yazıda oxucuları sınanmış üsullarla tanış edəcəyik.
Maskaları çəkməzdən əvvəl dərinizin ona qarşı allergiyası olmadığına
əmin olun.

 

Çobanyastığı toniki

1
çay qaşığı qurudulmuş gülümbahar  və çobanyastığı çiçəklərini 30-40
dəqiqə 1 stəkan qaynar suda saxlayın. Daha sonra suyunu süzüb pambıq
salfetlə isladıb kompresi kimi təmiz üzünüzə qoyun. Bir neçə dəqiqə
sakit uzanın. Bu otlar məsamələri bağlamaq xüsusiyyətinə malikdir,
üstəlik dərini canlandırır və möhkəmləndirir.

 

1
çay qaşığı gülümbahar və çobanyastığı dəmləməsinə yumurta ağı və bir
neçə damcı limon şirəsi əlavə edin. Maskanı təmiz dəriyə çəkib 15-20
dəqiqə saxlayın.

 

Buz maskası

Bitki
dəmləmələrini buz qəliblərinə töküb dondurun. Səhər yuxudan duranda və
gecə yatmazdan əvvəl üzünüzü buz qəlibləri ilə silin.

 

Gil və limon şirəsi maskası

Bu
maska yağlı dəri tipləri üçün nəzərdə tutulub. 1 xörək qaşığı gilə 1
çay qaşığı limon suyu əlavə edib qarışdırın.  Maskanı qalın qatla
üzünüzə çəkib tam quruyana qədər gözləyin. Sonra sərin su ilə yuyun.
Maska dərini çox yaxşı təmizləyir və genişlənmiş məsamələri daraldır.

 

Jelatin maskası

1
xörək qaşığı jelatini 2 xörək qaşığı südlə qarışdırıb odda 5 dəqiqə
saxlayın. Daha sonra maskanı 20 saniyə mikrodalğalı sobaya qoyun.

Maska
soyuduqdan sonra onu bir  neçə qat dəriyə çəkin (göz ətrafı dəri və
qaşları çıxmaq şərtilə). Son təbəqəni çəkəndən sonra daha 15 dəqiqə
gözləyin. Sonra maskanı çıxarıb üzünüzü ilıq su ilə yaxalayın.

 

Qatıq maskası

Üzünüzə
hər gün qatıq çəkib 20 dəqiqə saxlayın. Qatıq üzü ağardıb dərini
təzələyəcək. Artıq bir həftədən sonra maskanın ilkin nəticələri bəlli
olacaq.

 

Ballı skrab

Bal
genişlənmiş dəri probleminin həllində əvəzolunmaz məhsuldur. 2 çay
qaşığı bala bir neçə damcı limon şirəsi əlavə edin. Əldə edilən cövhəri
dəriyə çəkib 10 dəqiqə saxlayın. Bal maskasını mütəmadi olaraq tətbiq
etdikdə nəticə də əla olacaq.

 

Yulaf maskası

Yulaf
maskası dərini hamar  etməyə yardım edəcək. İki xörək qaşığı yulaf unu
ilə yumurta ağını qarışdırın. Üzdə 20 dəqiqə saxlayıb sonra isti su ilə
yuyun. Bundan sonra dərini bitki dəmləməsi ilə silin.

Sonda
yadda saxlayın ki, dərinin hamar və qüsursuz olması üçün  bu maskaları
mütəmadi olaraq tətbiq etmək lazımdır. Bu təsirli üsullar dərini xeyli
yaxşılaşdıracaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!