Həcmli saçlar üçün 6 praktik tövsiyə

Həcmli saçlar üçün 6 praktik tövsiyə
Saç və Dəri baxımı
10.09.2017 8
Nazik və sönük saçlarınızı daha dolğun göstərmək istəyirsinizsə,
tövsiyələrimizə diqqət yetirin və bu tövsiyələrə əməl edərək
saçlarınızın daha dolğun və həcmli görünməsinə nail olun.



1. Saçlarınızdan şampunu yaxşı yuyun.

Saçlarınızın həcmli görünməsini təmin etmək üçün ilk öncə saç
tipinizə uyğun şampun və saç kremi seçməlisiniz. Saçlarınızı yuyarkən
şampunu yaxşı durulamağa xüsusi diqqət yetirin. Çünki saçda şampun
qalması onların sönük görünməsinə səbəb olur.



2. Maya maskası tətbiq edin.

Yaş mayanın içindəki biotin maddəsi, saçların daha həcmli görünməsini
və tez uzanmasını təmin edir. Saçlarınıza kökündən ucuna qədər qulluq
etmək üçün həftədə bir dəfə bu maskadan istifadə edin. Saçlarınıza
çatacaq qədər yaş mayanı süd ilə qarışdırın və bu qarışığı saçınızın
diblərinə masaj edərək tətbiq edin. İri dişli daraqla darayıb, selofan
ilə bağlayın. İki saat gözlədikdən sonra birinci durulayın sonra isə
şampunla yuyaraq maskanı saçınızdan təmizləyin.



3. Quru şampundan istifadə edin.

Axır vaxtlar dəbdə olan quru şampun saçları həcmli göstərməkdə
olduqca təsirlidir. Quru şampundan istifadə etmək saçlara dolğunluq
qazandırmaqla yanaşı saçınızın istədiyiniz formada qalmasına da şərait
yaradır.



4. Saçlarınızı tərsdən də qurudun.

Saçlarınızı yuyub dəsmal ilə yaxşıca nəmini götürün. İri dişli
daraqla daradıqdan sonra fen ilə qurulayın. Ancaq feni 30 sm uzaqdan
tutun ki, saçınızı yandırmasın. Qabaqlarını qurutduqdan sonra başınızı
aşağı əyin və feni saçınızın arxasına tutaraq tərsdən də qurudun.
Saçlarınızı arxaya atdıqda isə saç spreyi vurub həcmini sabitləyin.



5. Dalğalı saç modellərinə üstünlük verin.

Düz saçlar bir çox qadının sevdiyi saç tiplərindəndir. Ancaq nazik
saçlı olanlar üçün təəssüf ki, bu saç tipi uyğun deyil. Saçlarınızı
həcmli göstərmək üçün dalğalı saç modellərindən istifadə etməlisiniz.
Unutmayın ki, kişilər də ən çox iri dalğalı və yumşaq görünən saçları
xoşlayırlar.



6. Biotin ilə zəngin qidalar yeyin.

Saçlarınızın daxildən qidalanması da dolğun görünməsi baxımından
olduqca əhəmiyyətlidir. Bunun üçün kök, yumurta, balqabaq, ərik kimi
beta karotin və biotin ilə zəngin olan qidalardan çox yeməyinizi tövsiyə
edirik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!