20 dəqiqə ərzində qara nöqtələrdən azad olmaq üçün maska

20 dəqiqə ərzində qara nöqtələrdən azad olmaq üçün maska
Saç və Dəri baxımı
10.09.2017 19
Qara nöqtələr ancaq qadınlar üçün deyil, eyni zamanda kişilər üçün də
böyük problemdir. Güzgüyə baxdığınız zaman bunlar sizə əsəb verir və
əhvalınızı korlayırsa, onlardan necə azad olacağınızı bu yazımızdan
öyrənə bilərsiniz.
Qara nöqtələr nəcə əmələ gəlir? Havanın çirkliliyindən, makiyajı
axşam təmizləmədikdə, sabun və şampunla yuduqdan sonra yaxşı
durulamayanda və bir çox səbəblərdən qara nöqtələr əmələ gəlir.

Qara nöqtələrdən necə azad ola bilərik? Qara nöqtələrdən azad olmaq
əslində o qədər də çətin deyil. Pis görünüş yaradan qara nöqtələrdən
azad olmaq üçün bir çox üsul və maska mövcuddur. Bu maskaların çoxu
təbii və asandır. Evdə hazırlayacağınız maska ilə bu mümkündür. Maddi
baxımdan da hər kəsin büdcəsi üçün uyğun olan bir maskadan yazmaq
istəyirik. Mətbəxinizdə olan qidalardan hazırlaya bilərsiniz.



20 dəqiqə ərzində qara nöqtələrdən azad olmaq üçün maska resepti:

Buxar üz təmizliyi üçün ən təsir edici üsuldur. Bir kasaya isti su
tökdükdən sonra üzünüzü dəsmal ilə örtüb buxarın üzünüzdəki qara
nöqtələri və məsamələri yumşaltmasını təmin edə bilərsiniz.

Daha sonra 3 damcı limon və 1 ədəd yumurta ağını qarışdırıb üzünüzə
sürtdükdən sonra üzünüzə salfetka qoyun. 20 dəqiqə heç əl vurmadan
gözlədikdən sonra iliq su ilə üzünüzü yaxşıca durulayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!