Saç uzatma üsulları

Saç uzatma üsulları
Saç və Dəri baxımı
10.09.2017 8
Saçlarınızı əvvəlkinə nisbətən indi daha çox rəngləyib, fenləyirsiniz.
Bu qədər çox fenlənən və rənglənən saçların nəmi azalır və nəmlənmə
azaldığına görə saçlarda yanıqlar, saçqıranlar əmələ gəlir.
Günümüzdə ən aktual mövzulardan biri də saçlarımızın əvvəliki kimi
uzanmamasıdır. Bunun səbəblərinə baxdığımızda, qadınların əvvəlkinə
nisbətən indi daha çox stressli həyat tərzinin olmasıdır.

Qadın işlərin çoxluğundan qidalanmasına fikir vermir. Saçların
sağlamlığı qidalanmağınızla birbaşa əlaqəlidir. Sağlam saça sahib olmaq
üçün sağlam orqanizmaya sahib olmaq lazımdır. Gündəlik olaraq zülallı
qidalar yemək şərtdir. Qırmızı ət, balıq, yumurta kimi qidalar qəbul
olunmalıdır.

Saçların nəmli olmasını daima qorumaq çox vacibdir. Mağazalarda saçı
nəmləndirmək üçün bir çox vasitələr mövcuddur. Arqan yağı saç uclarının
nəmlənməsi üçün ən yaxşı seçimlərdən biridir.

Əvvəldə də qeyd etdiyimiz kimi rəngləmək saçlarınızın nəmini
itirməsinin əsas səbəblərindəndir. Saçlarınızı tez-tez rəngləmək yerinə
sadəcə diblərini rəngləməyiniz kifayətdir və saçlarınızı bütünlüklə 5-6
aydan bir rənglətdirməlisiniz.

Əslində saçların uzanması insandan insana dəyişir. Normalda saçlar
bir ayda 1sm ilə 1.5 sm arasında uzanır. Əgər saçlarınız bir ayda
normadan az ölçüdə uzanırsa, yuxarıda qeyd etdiyimiz usullarla uzada
bilərsiniz.

Ən əsas məsələlərdən biri də saçlarınızdakı saçqıranların kəsilməsidir. Beləliklə, saçlarınız daha sağlam halda uzanacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!