Üz yoqası ilə canlı bir dəriyə sahib olun

Üz yoqası ilə canlı bir dəriyə sahib olun
Saç və Dəri baxımı
10.09.2017 14
Canlı və diri bir dəriyə sahib olmaq hər qadının arzusudur. Siz də üz yoqası edərək canlı bir dəriyə sahib ola bilərsiniz.

Yaşlanmanın
qarşısının alınması təbii ki, mümkün deyil, lakin bu yaşlanma
müddətində canlı və diri bir cildə sahib olmaq mümkündür. Üzünüzə
barmaqlarınız ilə edəcəyiniz təzyiqlə həm qan dövranını sürətləndirmiş,
həm də masaj elədiyiniz hissənin dartılmasına şərait yaratmış olarsınız.


Bu masajı tətbiq etdiyiniz zaman qırışıqların azalma müddəti hər
insana görə fərqli olur. Bu, metabolizmin işləmə sürətiylə əlaqəlidir.



Hərəkətlər güzgü qarşısında edilməlidir

Üz yoqası edərkən bunu mütləq güzgü qarşısında etmək lazımdır. Üz
yoqasına əvvəlcə alın hissəsindən başlanılır. Bunun səbəbi də sinir
sisteminin bu hissədə cəmlənmiş olmasıdır.

Alın: İki əlinizin orta barmağı ilə alnınızın
ortasına aşağıdan yuxarıya doğru çox sıxmadan masaj edin. Hərəkətin bir
neçə dəfə təkrarlanması kifayətdir.

Göz çevrəsi: Göz ətrafında olan əzələlər zəif
quruluşda olduğundan bu hissədəki qırışları aparmaq da bir az çətindir.
Hərəkətləri ən az 6 ay müddətində elədiyiniz zaman burdakı qırışları da
aparmaq mümkündür. Göz ətrafında qaz ayağı kimi adlandırılan qırışları
azaltmaq üçün ən təsirli üsul baş və işarət barmaqları ilə gözləri
açaraq başınız dik bir formada qarşıya baxmaqdır. Bu üsulu tətbiq
edərkən barmaqlarınız ilə bu hissəyə yüngül təzyiq etməyi də unutmayın.

Qaş: Xüsusilə aşağı enən qaşlar üçün əllərin içi ilə qaşları sıxaraq yuxarı qaldırın. Bu vəziyyətdə bir neçə dəqiqə gözləyin.

Yanaq nahiyəsi: Bu nahiyədəki əzələləri hərəkətə
gətirmək üçün şar üfürmək çox təsirli bir üsuldur. Şarı 3-4 dəfə
şişirtməklə yanaq əzələlərinizin hərəkət etməsini və daha da
güclənməsini təmin etmiş olarsınız.

Dodaqlar: Dodaqların kənarlarında yaranan qırışları
aparmaq üçün ağzınızda bir qələmi fırlatmağa çalışın. Bu üsul ilə eyni
zamanda çənənizin altındakı qırışları da apara bilərsiniz.



Hərəkətləri simmetrik bir şəkildə etmək lazımdır

Bu hərəkətləri edərkən diqqət etməli olduğunuz ən vacib məqam bunları
simmetrik şəkildə etməkdir. Bu formada edilmədiyi halda üzünüzün bir
tərəfi sallanacağı halda digər bir tərəfi bərkimiş, dartılmış olur və bu
zaman asimmetrik bir görünüş yaranır. Masaj edərkən çox güclü təzyiq
etməməyi də yadınızda saxlayın. Bu hərəkətləri gündə 3-4 dəfə etsəniz
bir neçə ay sonra dəyişikliyi hiss edəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!