Saçları düzləşdirmək üçün təbii vasitələr

Saçları düzləşdirmək üçün təbii vasitələr
Saç və Dəri baxımı
10.09.2017 20
Saçınızı düzləşdirmək üçün istifadə etdiyiniz kimyəvi maddələrin saçınız
üçün olduqca zərərli təsirləri vardır. Bundan əlavə düzləşdirmək üçün
fenlərdən istifadə etmək də saçınızın quruyub qırılmasına səbəb olur.
Buna görə də biz sizə saçınızı düzləşdirmək üçün təbii vasitələrdən
istifadə etməyi tövsiyə edirik. Evinizdə olan bir çox məhsullardan
davamlı şəkildə istifadə etməklə saçınızın yumşaq və düz olmasını təmin
edə bilərsiniz. Bu təbii vasitələri sizə təqdim edirik:



Hindistan qozu

Bir ədəd Hindistan qozunu sürtgəcdən keçirib içinə limon suyu əlavə
edin. Bunu soyuducuda bir neçə saat saxladıqdan sonra saçınıza çəkin.
İsti bir dəsmalla başınızı bağlayın. Bu formada 1 saat gözlədikdən sonra
şampun ilə saçınızı yuyun və yaxşıca qurulayın. Beləliklə, saçınızın
buruqları daha idarə ediləbilən hala gələcək və saçınız yumşaq
olacaqdır.



Qızğın yağ müalicəsi

Bu müalicə üsulu saçın yumşaq və düz olmasına kömək edir. Zeytun yağı
ilə Hindistan qozu yağını qarışdırın. Başınızın dərisinə və saçınıza bu
qarışığı masaj edərək çəkin. Sonra isti dəsmalla saçınızı bağlayın. Ən
az 45 dəqiqə gözlədikdən sonra şampunla yuyun. İstəsəniz bir neçə gün
sonra zeytun yağını badam yağı ilə əvəz edə bilərsiniz.



Süd

Saçı düzləşdirməkdə süd ən yararlı vasitələrdəndir. Bir sprey
şüşəsinə süd tökün və saçınızın tamamına püskürdün. Yarım saat
gözlədikdən sonra saçınızı şampunla yuyun.



Süd və bal

Südün içinə bal töküb məcun halına gələnə kimi qarışdırın. Daha
təsirli olması üçün içərisinə çiyələk və banan da əlavə edə bilərsiniz.
Bu qarışığı saçınıza çəkib bir saat yarım saxlayın. Sonra şampunla
yaxşıca yuyun.



Yumurta və zeytun yağı

Hər ikisi də ən yaxşı saça qulluq vasitələrindəndir. 2 yumurtanı
çalın və zeytun yağı əlavə edib yaxşıca qarışdırın. Bu maskanı saçınıza
çəkib ən az bir saat saxlayın. Sonra şampunla yuyun.

Bu təbii saç düzləşdirmə üsullarından bir neçə ay davamlı şəkildə
istifadə etdikdən sonra saçlarınızdakı fərqi aydın görəcəksiniz. Lakin
bu zaman səbrli olmalı, həftədə ən az iki dəfə bu üsullardan hər hansı
birini tətbiq etməlisiniz. Ancaq bu vaxt istədiyiniz nəticəni əldə edə
bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!